Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

"Qarabağ"ın bu ilki gəlirləri açıqlandı - milyonlarla avro

© Facebook / Qarabağ FK"Qarabağ" FK-nın futbolçuları, arxiv şəkli
Qarabağ FK-nın futbolçuları, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Bundan əlavə, "Qarabağ" FK-nın son 10 ildə avrokuboklarda göstərdiyi nəticələrə əsasən müəyyənləşmiş əmsala görə, UEFA-nın ayırdığı 1,142,880 (bir milyon yüz qırx iki min səkkiz yüz səksən) avro vəsait də AFFA-nın vasitəçiliyi ilə "Qarabağ"ın hesabına köçürülüb

BAKI, 16 sentyabr — Sputnik. "Qarabağ" Futbol Klubunun 2019-2020-ci il mövsümündə UEFA Avropa Liqasının qrup mərhələsində iştirakı ilə əlaqədar UEFA tərəfindən ayrılmış 2,750,000 (iki milyon yeddi yüz əlli min) avro vəsait AFFA-nın vasitəsilə klubun hesabına köçürülüb. Sputnik Azərbaycan xəbər verir ki, bu vəsait Avropa Liqasının qrup mərhələsində iştirak edən 48 klubun hər biri üçün ayrılıb.

Bundan əlavə, "Qarabağ" FK-nın son 10 ildə avrokuboklarda göstərdiyi nəticələrə əsasən müəyyənləşmiş əmsala görə UEFA-nın ayırdığı 1,142,880 (bir milyon yüz qırx iki min səkkiz yüz səksən) avro vəsait də AFFA-nın vasitəçiliyi ilə "Qarabağ"ın hesabına köçürülüb.

Qeyd edək ki, "Qarabağ" Futbol Klubu bu il Avropa liqasının qrup mərhələsində "Sevilya", "APOEL" və "Düdelanj" klubları ilə mübarizə aparacaq. "Köhlən atlar" ilk oyununu "Sevilya"ya qarşı keçirəcək. Qarşılaşma sentyabrın 19-u Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.

Xəbər lenti
0