CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dörd ölkənin təmsilçiləri ən güclünü Bakıda müəyyənləşdirəcəklər - FOTO

© © Equestrian Federation of Azerbaijan RepublicBakıda polo üzrə Dünya Kuboku başlayacaq
Bakıda polo üzrə Dünya Kuboku başlayacaq - Sputnik Azərbaycan
Abunə olmaq
World Polo təşkilatının prezidenti Reto Gaudenzi polo ilə Azərbaycanın çövkən oyunu arasında analogiya aparıb, bildirib ki, bunların bənzər və fərqli tərəfləri var

BAKI, 12 sentyabr — Sputnik. Artıq ənənə halını almış Polo üzrə Dünya Kubokunun keçirilməsinə sadəcə sayılı günlər qalır. Hər il olduğu kimi, bu il də Azərbaycanın da yer aldığı turnirdə dünyanın dörd müxtəlif ölkəsini təmsil edən komandalar iştirak edir.

Sputnik Azərbaycan bildirir ki, 13-15 sentyabr tarixlərində baş tutacaq turnirdə Azərbaycan, Rusiya, Almaniya və İsveçrə yerli klub komandaları birincilik uğrunda mübarizə aparacaq. Hər komanda 3 oyunçu ilə təmsil olunur.

Bu gün Bakıda oyunçuların təqdimat mərasimi keçirilib. World Polo təşkilatının prezidenti Reto Gaudenzi polo ilə Azərbaycanın çövkən oyunu arasında analogiya aparıb, bildirib ki, bunların bənzər və fərqli tərəfləri var. Ancaq çövkən oyununun tarixi 3000 ildir.

© Sputnik / Irade JELILDörd ölkənin təmsilçiləri ən güclünü Bakıda müəyyənləşdirəcəklər
Dörd ölkənin təmsilçiləri ən güclünü Bakıda müəyyənləşdirəcəklər - FOTO - Sputnik Azərbaycan
Dörd ölkənin təmsilçiləri ən güclünü Bakıda müəyyənləşdirəcəklər

“O zamandan bu günə qədər çövkən oyununun da şərt və qaydaları dəyişib. Polo daha gənc bir idman oyunudur. Çövkənin qaydaları polo ilə müqayisədə daha sərtdir. Çövkən oyununda cərimə zərbələri, cərimə meydançası var”, - deyə Gaudenzi bildirib.

Onun sözlərinə görə, qalib komandalar medal və kuboklarla mükafatlandırılacaq.

Yarışlar Azərbaycan Atçılıq Federasiyası tərəfindən maliyyələşib.

Atçılıq Federasiyasının prezidenti Bəhruz Nəbiyevin sözlərinə görə, bu il oyunun konsepsiyasında dəyişikliklər olacaq. Oyunçularımızın da hamısı azərbaycanlıdır: “Bizi çox maraqlı oyunlar gözləyir. Yarışlar 3 gün keçiriləcək”.

© Sputnik / Irade JELILDörd ölkənin təmsilçiləri ən güclünü Bakıda müəyyənləşdirəcəklər
Dörd ölkənin təmsilçiləri ən güclünü Bakıda müəyyənləşdirəcəklər - FOTO - Sputnik Azərbaycan
Dörd ölkənin təmsilçiləri ən güclünü Bakıda müəyyənləşdirəcəklər

Xatırladaq ki, püşkatmanın nəticələrinə əsasən, ilk oyun Azərbaycanı təmsil edən “Elite Horse & Polo Club Baku” və İsveçrəni təmsil edən “Evviva Polo Club St. Moritz” arasında oynanılacaq. Günün ikinci oyunu Almaniyanı təmsil edən “Los Nocheros Polo Club Münster” və Rusiyanı təmsil edən “Planernaya Polo Club Moscow” komandaları arasında olacaq.

Turnirin 2-ci günü - sentyabrın 14-də günün açılış oyunu İsveçrə təmsilçisi “Evviva Polo Club St. Moritz” və Almaniya təmsilçisi “Los Nocheros Polo Club Münster” arasında baş tutacaq. İkinci oyun isə təmsilçimiz “Elite Horse & Polo Club Baku” və “Planernaya Polo Club Moscow” komandaları arasında baş tutacaq.

Final günü, sentyabrın 15-də üçüncülük uğrunda mübarizə 15:00-da başlayacaq. Final görüşü isə 16:15-də 2 ən güclü komanda arasında baş tutacaq. Turnirin qalibi bu görüş nəticəsində bəlli olacaq.

Onu da qeyd etmək lazımdır ki, 2020-ci il 10-20 sentyabr  tarixlərində 8 komandanın iştirakı gözlənilən polo üzrə Avropa çempionatına Azərbaycan ev sahibliyi edəcək.

© Sputnik / Irade JELILDörd ölkənin təmsilçiləri ən güclünü Bakıda müəyyənləşdirəcəklər
Dörd ölkənin təmsilçiləri ən güclünü Bakıda müəyyənləşdirəcəklər - FOTO - Sputnik Azərbaycan
Dörd ölkənin təmsilçiləri ən güclünü Bakıda müəyyənləşdirəcəklər

Polo - top ilə komanda şəklində oynanılan atüstü idman növüdür. Oyunçular topu meydançada xüsusi polo taxtası vasitəsi ilə hərəkət etdirirlər.

Müasir polo oyununa bənzər qədim çövkən oyunu Şərqdə, o cümlədən də Azərbaycanda çox məşhur idi. XIX əsrdə Hindistandan İngiltərəyə gətirilən bu oyun getdikcə inkişaf etdirilərək yeni qaydalar əsasında Amerika və Avropa ölkələrində yayılmağa başlayıb. Məhz ingilislərin təşəbbüsü ilə çövkən oyunu polo adı altında ilk dəfə 1900-cü ildə Parisdə keçirilən II Olimpiya Oyunlarının proqramına daxil edilib, beləliklə, Qərb sivilizasiyasında bu ad təsbit edilib.

Xəbər lenti
0