Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Nikola Vlaşiç: "Qapımızdan top keçirən futbolçu sanki Messi idi"

© REUTERS / AZIZ KARIMOVXorvatiyanın hücuma meylli yarımmüdafiəçisi Nikola Vlaşiç
Xorvatiyanın hücuma meylli yarımmüdafiəçisi Nikola Vlaşiç - Sputnik Azərbaycan
Abunə olmaq
Oyun zamanı Nikola Vlaşiçin qol vurmaq üçün bir neçə şansı olsa da, istəyini reallaşdıra bilməyib

BAKI, 10 sentyabr — Sputnik. Xorvatiya mətbuatında Azərbaycanla oyun haqqında maraqlı fikirlər yer alıb. Sputnik Azərbaycan xəbər verir ki, Rusiyanın ÇSKA klubunun və Xorvatiyanın hücuma meylli yarımmüdafiəçisi Nikola Vlaşiç barədə fikirlərin yer aldığı yazıda bildirilir ki, futbolçu Slovakiya ilə oyunda gözəl oyun sərgiləsə də, Bakıda özünü göstərə bilməyib.

Azərbaycan milli komandası bu gün Xorvatiya ilə növbəti oyununu keçirib - Sputnik Azərbaycan
İDMAN
Azərbaycan millisi qrupda ilk uğurunu qazandı

O, matçdan sonra hesaba təəccüblənib və itirilmiş xallara heyfslənib. Oyun zamanı Vlaşiçin qol vurmaq üçün bir neçə şansı olsa da, istəyini reallaşdıra bilməyib.

Futbolçu açıqlamasında oyunla bağlı deyib: "Əslində, bu qarşılaşma bizim üçün asan olmalı idi. Üç xalı rahatlıqla əldə edəcəyimizi düşünürdük. Amma Azərbaycan bizlə daha rahat şəkildə oynadı. Qapımızdan top keçirən futbolçu isə sanki Messi idi."

Qeyd edək ki, Azərbaycan milli yığma komandası Bakıda doğma divarlar arasında dünya ikincisi olan xorvatlarla 1:1 hesabı ilə bərabərə qalıb. Komandamızdan vurulan qolun müəllifi isə Təmkin Xəlilzadə olub.

Xəbər lenti
0