19:40 17 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8722
Azərbaycan milli komandası bu gün Xorvatiya ilə növbəti oyununu keçirib

Azərbaycan millisi qrupda ilk uğurunu qazandı

© Sputnik / Murad Orujov
İDMAN
Qısa URL
455 0 0

Futbolçularımız qrupun favoriti olan Xorvatiya yığması ilə görüşdə məğlub olmamağı bacardılar

BAKI, 9 sentyabr - Sputnik. AVRO-2020-nin seçmə mərhələsinin E qrupunda VI tur start götürüb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Azərbaycan milli komandası da bu gün növbəti oyununu keçirib.

Milli komanda Xorvatiya ilə görüşüb. 

Görüşdə hesabı qonaqlar açıblar. 11-ci dəqiqədə Luka Modriç penaltidən fərqlənib - 0:1. Birinci hissə bu hesabla yekunlaşıb. 

İkinci hissədə millimizin futbolçuları hesabı bərabərləşdiriblər. 73-cü dəqiqədə Təmkin Xəlilzadə fərqlənib - 1:1. Görüş elə bu hesabla başa çatıb. 

Beləliklə, Azərbaycan millisi qrupda ilk xalını qazanıb.

Əsas mövzular