19:42 17 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8722
Rafael Ağayev, arxiv şəkli

Rafael Ağayev finalda - FOTO

© Instagram / aghayev_rafael
İDMAN
Qısa URL
5610

Bazar günü həlledici görüşdə Rafael Ağayevin rəqibi həmin çəki dərəcəsinin favoritlərindən sayılan Ken Nişimura (Yaponiya) olacaq

BAKI, 6 sentyabr — Sputnik. Rafael Ağayev Yaponiyanın paytaxtı Tokioda Karate1 Premyer Liqa turnirinin finalına yüksəlib. Sputnik Azərbaycan Azərtac-a istinadən xəbər verir ki, bir-birinin ardınca fransalı, özbəkistanlı və mərakeşli rəqiblərini məğlub edən R.Ağayev yarımfinalda ukraynalı idmançıdan üstün olub. Bazar günü həlledici görüşdə Rafael Ağayevin rəqibi həmin çəki dərəcəsinin favoritlərindən sayılan Ken Nişimura (Yaponiya) olacaq.

Rafael Ağayev Yaponiyanın paytaxtı Tokioda Karate1 Premyer Liqasında ukraynalı idmançıdan üstün olub
Rafael Ağayev Yaponiyanın paytaxtı Tokioda Karate1 Premyer Liqasında ukraynalı idmançıdan üstün olub

Qeyd edək ki, yarışın ilk günü daha 3 idmançımız mübarizəyə qatılıb. Firdovsi Fərzəliyev (-60 kq), Rafiz Həsənov və Hümmət Baxşəliyev (-67 kq) ikinci görüşdə məğlub olaraq çıxışlarını başa vurublar.

Teqlər:
final, Rafael Ağayev, Karate1 Premyer Liqa, karate

Əsas mövzular