Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Məşhur məşqçi 9 yaşlı qızını itirdi

© AP Photo / Miguel Morenattiİspaniya millisi və "Barselona"nın sabiq baş məşqçisi Luis Enrike
İspaniya millisi və Barselonanın sabiq baş məşqçisi Luis Enrike - Sputnik Azərbaycan
Abunə olmaq
Bu müddət ərzində bizə göstərdiyiniz anlayış, diqqət və sevgiyə görə təşəkkür edirik

BAKI, 30 avqust — Sputnik. İspaniya millisi və "Barselona"nın sabiq baş məşqçisi Luis Enrikeyə ağır itki üz verib.

Sputnik Azərbaycan xəbər verir ki, onun 9 yaşlı qızı dünyasını dəyişib. Enrike bu xəbəri şəxsi Tvitter səhifəsində paylaşıb. O, övladının 5 ay sümük xərçəngindən əziyyət çəkdikdən sonra vəfat etdiyini bildirib: "Bu gün bizim qızımız Xana 5 aylıq mübarizədən sonra 9 yaşında dünyasını dəyişdi. Bu müddət ərzində bizə göstərdiyiniz anlayış, diqqət və sevgiyə görə təşəkkür edirik.

Enrikenin ailəsində baş verən faciə futbol aləmini də sarsıdıb. Cəmi 1 saat ərzində 150 mindən çox insan Tvitterdə kədərini bildirərək ona dəstək olub. Onların arasında futbolçular çoxluq təşkil edir.

Посмотреть эту публикацию в Instagram

Публикация от Luis Enrique Martínez García (@luisenrique_fcb)

Qeyd edək ki, L.Enrike qızının xəstəliyi səbəbindən ötən ilin yayından çalışdırdığı İspaniya millisindən bu ilin iyun ayında ayrılıb.

Xəbər lenti
0