14:41 22 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695
İDMAN
Qısa URL
5410

"Bura gözəl, çoxmillətli, səs-küylü, həyat dolu və əlbəttə, "Çelsi"nin qələbə qazandığı Avropa Liqasının final oyununa ev sahibliyi etmiş bir şəhərdir"

BAKI, 28 avqust — Sputnik. "Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi "Linfild" dünən axşamdan ölkəmizdədir.

Sputnik Azərbaycan klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda 20 oyunçu, 9 məşqçi və 2 rəhbər şəxs ilə Bakıya gəlib.

Посмотреть эту публикацию в Instagram

Публикация от Linfield Football Club (@officialblues1886)

Oyunçular bu gün Tofiq Bəhramov adına Respublika stadionunda məşqdən öncə şəhər gəzintisinə çıxıblar: "Hal-hazırda Bakıda hava istidir. Bura gözəl, çoxmillətli, səs-küylü, həyat dolu və əlbəttə, "Çelsi"nin qələbə qazandığı Avropa Liqasının final oyununa ev sahibliyi etmiş bir şəhərdir".

Qeyd edək ki, avqustun 29-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" –"Linfild" görüşü saat 20:00-da baş tutacaq.

Əlaqədar

Yeni transferin ilk qolu və son dəqiqələrdə penalti - "Qarabağ" məğlub, amma ümidlidir
"Qarabağ"ın taleyi rusiyalılara tapşırıldı
Teqlər:
"Qarabağ" FK, Avropa Liqası, futbol

Əsas mövzular