Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

"Sabah" himnini təqdim etdi – VİDEO

© Facebook / Sabah FC"Sabah" futbol klubunun azarkeşləri
Sabah futbol klubunun azarkeşləri - Sputnik Azərbaycan
Abunə olmaq
Futbol klubunun himninin sözləri Elnurə Nağıyeva və Murad Arifə məxsusdur

BAKI, 28 avqust — Sputnik. Azərbaycan Premyer Liqası təmsilçisi "Sabah" futbol klubu himnini təqdim edib.

Sputnik Azərbaycan klubun rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, himnin sözləri Elnurə Nağıyeva və Murad Arifə məxsusdur. Azərbaycanın tanınmış pop müğənnisi Murad Arif həmçinin himnin musiqisinin də müəllifidir.

Qeyd edək ki, Bakını təmsil edən peşəkar futbol klubu 8 sentyabr 2017-ci ildə yaradılıb. Klub 2018–2019 mövsümündən Topaz Premyer Liqasında çıxış edir. Komanda ev oyunlarını 13 min tutumu olan "Əlincə Arena" stadionunda keçirir. Hal-hazırda 2 oyundan sonra klub ölkə çempionatında bir xalla yeddinci yerdə qərarlaşıb.

Xəbər lenti
0