23:27 03 İyun 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İDMAN
Qısa URL
31 0 0

Avqustun 27-də dünya çempionatında daha 2 çəki dərəcəsində görüşlər keçiriləcək

BAKI, 26 avqust — Sputnik. Avqustun 25-i Yaponiyanın paytaxtı Tokioda cüdo üzrə dünya çempionatına start verilib. Sputnik Azərbaycan xəbər verir ki, milli komandamız bu mötəbər turnirdə 7 qadın və 8 kişi idmançı ilə təmsil olunur.

Nüfuzlu yarışın 2-ci günü üç cüdoçu ustamız tatami üzərinə çıxıb. Oğlanların mübarizəsində Nicat Şıxəlizadə 3 rəqibini məğlub etsə də, 1/8 finalda Misir idmançısına uduzaraq mundialda mübarizəni dayandırıb. İlk görüşlərini qalib başa vuran qadın cüdoçularımız Gültac Məmmədəliyeva və Larisa Florian (hər ikisi 52 kq) növbəti qarşılaşmalarda rəqiblərinə məğlub olublar. Avqustun 27-də dünya çempionatında daha 2 çəki dərəcəsində (qadınlar 57 kq və kişilər 73 kq) görüşlər keçiriləcək. Rüstəm Orucov, Hidayət Heydərov və İçinxorlo Munxtsedev Tokioda mübarizəyə qoşulacaq.

Qeyd edək ki, yarışın ilk günündə Davud Məmmədsoy (-60 kq) və Aişə Qurbanlı (-48 kq) ilk görüşlərini qalib başa vursalar da, növbəti qarşılaşmalarda məğlub oldular. Leyla Əliyeva (-48 kq) isə ilk görüşdə portuqaliyalı rəqibinə uduzub.

Teqlər:
Cüdo üzrə Dünya çempionatı, Tokio, cüdo, idman

Əsas mövzular