20:19 21 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8799
Qırmızı şeytanların yarımmüdafiəçisi Sançes

Oyunçusunu başından edir - üstündə də 36 milyon

© AP Photo / Jon Super
İDMAN
Qısa URL
23 0 0

Hal-hazırda Sançes "Mançestr Yunayted"də bir həftəyə 500 min funt sterlinq qazanır

BAKI, 23 avqust — Sputnik. "Qırmızı şeytan"ların yarımmüdafiəçisi Sançes "İnter"ə keçdiyi təqdirdə 36 milyon funt sterlinq əldə edə bilər. Sputnik Azərbaycan "Daily Mail" nəşrinə istinadən xəbər verir ki, klublar oyunçunun bir illik icarə məsələsini müzakirə edirlər. "İnter" çilili oyunçunun keçidini bu həftəsonu həll etmək fikrindədir. 

Onlar həmçinin müqavilədə futbolçunun gələcəkdə alınması şərtinin də əks olunacağına ümid bəsləyirlər. "İnter" klubu daimi müqavilə bağlanacağı təqdirdə oyunçuya həftəlik 150 min funt sterlinq ödəməyə hazırdır. Hal-hazırda Sançes "Mançestr Yunayted"də həftəyə 500 min funt sterlinq qazanır. O özü isə aşağı maaş müqabilində keçidin əleyhinədir.

Ola bilər ki, Sançesin "İnter"də keçirəcəyi iki mövsüm müddətində "MY"-nin yaranmış fərqi ödəməsi ilə bağlı bənd müqaviləyə əlavə olunsun. Belə olan halda, ingilis klubu 36 milyon funt sterlinq "tərləməli" olacaq.

Teqlər:
icarə, İnter, Mançester Yunayted, futbol

Əsas mövzular