CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Neftçi" "Qarabağ"dan 2,5 dəfə az pul qazanıb

© Sputnik / Murad OrujovМатч третьего квалификационного раунда Лиги Европы между "Нефтчи" и израильским "Бней Иегудой"
Матч третьего квалификационного раунда Лиги Европы между Нефтчи и израильским Бней Иегудой - Sputnik Azərbaycan
Abunə olmaq
Əgər Roberto Bordinin yetirmələri İsrailin "Bney Yehuda" komandasına məğlub olmasaydı, daha 300 min avro da qazanacaqdılar

BAKI, 16 avqust — Sputnik. Azərbaycanın "Neftçi" futbol klubu Avropa Liqasının üç seçmə mərhələsində iştirak etdiyi üçün bir milyon avroya qədər (1,9 milyon manat) pul qazanıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Ağdamın "Qarabağ" klubunun Çempionlar Liqasının seçmə mərhələsində əldə etdiyi gəlirdən təqribən 2,5 dəfə azdır.

Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) reqlamentinə görə, "neftçilər" Avropa Liqasının üç seçmə mərhələsində iştirak etdiyinə görə ümumilikdə 780 min avro (1,48 milyon manat) – hər bir seçmə mərhələsinə görə 240, 260 və 280 min avro (453,6, 494,5 və 529,3 min manat) qazanıblar.

Xatırladaq ki, Avropa Liqasının ilk iki seçmə mərhələsində "Neftçi" Moldovanın "Speranta" komandası (3:0, 6:0) və Tula "Arsenal"ı (1:0, 3:0) üzərində qələbə qazanıb. Üçüncü mərhələdə isə İsrailin "Bney Yehuda" komandasına məğlub olub (2:2, 1:2). Əgər Roberto Bordinin yetirmələri israillilərə qalib gələrək pley-off mərhələsinə yüksəlsəydi, daha 300 min avro da (567 min manat) qazanacaqdılar.

Qeyd edək ki, Azərbaycan çempionu "Qarabağ" Çempionlar Liqasının üç seçmə mərhələsində iştirak nəticəsində 1,92 milyon avro (3,65 milyon manat) qazanıb. Bununla yanaşı, Qurban Qurbanovun yetirmələri Avropa Liqasındakı çıxışı sayəsində büdcəsini bir qədər də artıracaq. "Qarabağ" Çempionlar Liqasından ayrıldıqdan sonra Avroliqadakı çıxışlarını davam etdirir. O, pley-off mərhələsində Şimali İrlandiyanın "Linfield" komandası ilə oynayacaq.

Öz növbəsində Azərbaycanın Avropa Liqasının bir və ikinci seçmə mərhələsində çıxış edən digər iki futbol klubu - "Səbail" və "Qəbələ" 240 və 260 min avro (453,6 və 494,5 min manat) qazanıblar.

Ümumilikdə, UEFA Çempionlar Liqası 2019/20-nin iştirakçıları, o cümlədən turnirin qalibi də daxil olmaqla qrup və pley-off mərhələsində oynayan klublar, UEFA 2019 Super Kubokunda 2,04 milyard avro (3,88 milyard manat) əldə edəcəklər.

Xəbər lenti
0