Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Zubir fransızların maraq dairəsində

Abunə olmaq
Transferi həyata keçirmək üçün Fransa klubunun prezidenti Bertran Desplat və klubun heyət seçimi üzrə meneceri Stefan Karnotun Azərbaycana gəldiyi vurğulanıb

BAKI, 16 avqust — Sputnik. Abdullah Zubir "Qarabağ"dan ayrıla bilər. Sputnik Azərbaycan Fransanın "Letelegramme" nəşrinə istinadən xəbər verir ki, "Lans" klubunun keçmiş hücumçusu Abdullah Zubir yenidən Fransaya qayıda bilər.

Belə ki, "Qenqam" 27 yaşlı yarımmüdafiəçi ilə ciddi maraqlanır. Danışıqlar müsbət nəticə vermədiyinə görə bu transferi həyata keçirmək üçün Fransa klubunun prezidenti Bertran Desplat və klubun heyət seçimi üzrə meneceri Stefan Karnotun Azərbaycana gəldiyi vurğulanıb. "Qenqam" ötən mövsüm Fransa Liqasında sonuncu yeri tutaraq 2-ci liqaya düşüb.

Xatırladaq ki, Zubir 2018-ci ilin yayında "Lans"dan (Fransa) "Qarabağ"a transfer olunub.

Xəbər lenti
0