03:44 21 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0254
  • EUR1.8846
Qarabağın oyunçusu

"Qarabağ" arzusuna əlvida dedi

© Facebook / Qarabağ FK
İDMAN
Qısa URL
78 0 0

Ağdam klubu Çempionlar Liqasında mübarizəni dayandırıb

BAKI, 13 avgqust — Sputnik. Bu gün Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinə yekun vurulur.

Sputnik Azərbaycan xəbər verir ki, təmsilçimiz “Qarabağ” mərhələnin cavab oyununa çıxıb. Ağdam klubu Bakıda APOEL-i qəbul edib.

Kiprdə keçirilən ilk görüşdə 2:1 hesablı qələbə qazanan "Qarabağ" pley-offa vəsiqə üçün yaxşı şans əldə etsə də, gözlənilmədən 0:2 uduzaraq Çempionlar Liqasında mübarizəni dayandırıb.

Oyunda qolları De Vinsente (34`-pen.) və Uroş Matiç (68`) vurublar. Almeyda oyunun sonunda (90`+4) qırmızı vərəqə alıb. 

Qeyd edək ki, “Qarabağ” mübarizəni Avroliqanın pley-offunda davam etdirəcək. Təmsilçimiz bu mərhələdə "Linfild" (Şimali İrlandiya) - "Sutyeska" (Monteneqro) cütünün qalibi ilə qarşılaşacaq.

Teqlər:
UEFA Avropa Liqası, UEFA Çempionlar Liqası, "Qarabağ" FK

Əsas mövzular