Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Çempionlar Liqasında oynayacaq klubun meydançasının damı çökdü

© pixabay / Thomas B.Футбольное поле и мяч
Футбольное поле и мяч - Sputnik Azərbaycan
Abunə olmaq
Meydançanın başı qalmaqallıdır, altı il əvvəl burada yanğın baş vermişdi

BAKI, 11 avqust — Sputnik. Hollandiyanın "A3 Alkmaar" futbol klubunun meydançasının damının bir hissəsi çöküb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə komanda özünün rəsmi Twitter səhifəsində məlumat yayıb. Hadisənin səbəbləri açıqlanmır, ancaq kimsənin xəsarət almadığı bildirilir.

​Növbəti ev matçını "A3 Alkmaar" avqustun 13-də keçirəcək. Hollandlar Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Ukraynanın "Mariupol" komandası ilə qarşılaşmalıdırlar. Meydançanın həmin oyunu qəbul edib-etməyəcəyi sual altındadır.

"Qarabağ" azarkeşlərinə şad xəbər>>

"A3 Alkmaar"ın futbol meydançası 2006-cı ildə tikilib. Burada oyunlara 17 min azarkeş tamaşa edə bilər. Üç il əvvəl meydançanın damına günəş panelləri yerləşdirilib.

Meydançanın başı qalmaqallıdır. 2013-cü ildə Yunanıstanın "Atromitos" komandası ilə oyun zamanı burada yanğın baş vermişdi. Bu səbəblə oyun yarımçıq dayandırılmışdı.

Xəbər lenti
0