11:23 17 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
İDMAN
Qısa URL
358 0 0

Bakı klubu oyunun gedişində 0:2 hesabı ilə uduzsa da, məğlubiyyətdən qurtula bilib

BAKI, 8 avqust - Sputnik. UEFA Avropa Liqasında III təsnifat mərhələsinin ilk oyunları keçirilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, turnirdə mübarizəni davam etdirən Bakının “Neftçi” klubu İsrailin “Bney Yehuda” klomandası ilə qarşılaşıb. Bakı təmsilçisi ilk görüşü evdə keçirib. 

Görüşdə hesabı ilk hissənin 26-cı dəqiqəsində Tambi Saqas açıb. 36-cı dəqiqədə Mohammed Qadir hesab arasındakı fərqi artırıb - 2:0.

"Neftçi" 43-cü dəqiqədə buraxılan toplardan birinin əvəzini çıxıb - 1:2. Stiven Jozef-Monroz fərqlənib.

İlk hissə bu hesabla başa çatıb. 

İkinci hissənin artırılmış 7-ci dəqiqəsində Namiq Ələsgərov cavab topunu vurub - 2:2. Görüş bu hesabla başa çatıb. Cavab oyunu bir həftədən sonra olacaq.

Əsas mövzular