07:41 28 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0227
  • EUR2.0665
İDMAN
Qısa URL
64 0 0

"Qarabağ" Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində APOEL səddini keçə bilməsə, yoluna Avropa Liqasında davam edəcək

BAKI, 5 avqust — Sputnik. Bu gün UEFA-nın Nyondakı qərargahında Çempionlar Liqasının pley-off mərhələsinin püşkü atılıb.

Sputnik Azərbaycan xəbər verir ki, 3-cü mərhələdə mübarizə aparacaq APOEL - "Qarabağ" cütünün qalibinin potensial rəqibləri müəyyənləşib.

"Qarabağ" qalib gələrsə, növbəti mərhələdə PAOK (Yunanıstan) - "Ayaks" (Hollandiya) cütünün qalibi ilə qarşılaşacaq. Pley-offun ilk oyunu Bakıda keçiriləcək.

Çempionlar Liqasının pley-off mərhələsinin oyunları avqustun 20-21-də və 27-28-də baş tutacaq.

"Qarabağ" Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində APOEL səddini keçə bilməsə, yoluna Avropa Liqasında davam edəcək.

Qurban Qurbanovun komandası Kipr klubuna məğlub olsa, Avroliqanın pley-off mərhələsində "Sutyeska" (Çernoqoriya) - "Linfild" (Şimali İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq. "Qarabağ" Avroliqaya düşsə, ilk oyununu səfərdə keçirəcək.

Avroliqadakı digər təmsilçisimiz "Neftçi"nin də pley-offdakı potensial rəqibi məlum olub.

"Ağ-qaralar" 3-cü mərhələdə İsrailin "Bney Yehuda" klubunu mübarizədən kənarlaşdırarsa, pley-offda "Malmö" (İsveç) - "Jrinski" (Bosniya və Herseqovina) cütünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, Avropa Liqasında pley-off mərhələsinin oyunları avqustun 22-də və 29-da keçiriləcək.

Əlaqədar

“Qarabağ” qələbə qazandı, növbəti mərhələyə yüksəldi
UEFA-dan "Qarabağa" diqqət
"Qarabağ" "Dundalk"la yenidən qarşılaşa bilər
Teqlər:
Avropa Liqası, Çempionlar Liqası, "Qarabağ" FK, futbol

Əsas mövzular