CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Qarabağ" seçim qarşısında - Avroliqa, yoxsa Çempionlar Liqası?

© Sputnik / Murad OrujovГрупповой этап Лиги Европы. Группа Е. Футбольный матч "Карабах"-"Ворскла". Бакинский Олимпийский стадион. 25 октября 2018 года
Групповой этап Лиги Европы. Группа Е. Футбольный матч Карабах-Ворскла. Бакинский Олимпийский стадион. 25 октября 2018 года  - Sputnik Azərbaycan
Abunə olmaq
"Qarabağ" irlandlara qalib gəlsə, növbəti raundda Kiprin "APOEL" klubu ilə üz-üzə gələcək.

BAKI, 31 iyul — Sputnik. "Qarabağ" bu gün Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində cavab oyununa çıxacaq.

Şon Hennon - Sputnik Azərbaycan
İDMAN
İrland futbolçu "Qarabağ" barəsində çox iddialı danışdı

Sputnik Azərbaycan xəbər verir ki, Ağdam klubu "Dalğa Arena"da İrlandiya çempionu "Dundalk"ı qəbul edəcək. Görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Səfərdə keçirilən ilk oyunda 1:1 hesablı heç-heçəyə razılaşan Qurban Qurbanovun yetirmələri doğma meydanda qələbə qazanıb, 3-cü təsnifat mərhələsinə yüksəlmək niyyətindədirlər. "Qarabağ" bunu bacarsa, növbəti raundda Kiprin "APOEL" klubu ilə üz-üzə gələcək. Belə ki, ötən gecə "APOEL" Monteneqronun "Sutyeska" klubu üzərində inamlı qələbə qazanaraq, növbəti mərhələyə vəsiqə əldə edib. Məğlub olan komanda mübarizəni Avropa Liqasında davam etdirəcək.

Qeyd edək ki, "Qarabağ" - "Dundalk" cavab oyunu "CBC Sport" telekanalı vasitəsilə birbaşa nümayiş olunacaq.

Xəbər lenti
0