Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Aleksandr Səmədov futboldan getdi

© Sputnik / Vladimir Pesnya / Mediabanka keçidИгрок "Спартака" Александр Самедов
Игрок Спартака Александр Самедов - Sputnik Azərbaycan
Abunə olmaq
“Komanda yoldaşlarım və azarkeşlər, siz əbədi ürəyimdəsiniz”

BAKI, 30 iyul — Sputnik. Azərbaycanlı futbolçu Aleksandr Səmədov karyerasına son qoyub. Sputnik Azərbaycan xəbər verir ki, bu haqda futbolçu öz şəxsi "Instagram" səhifəsində paylaşım edib.

Rusiya yığmasının 35 yaşlı keçmiş üzvü futbol ictimaiyyətinə müraciət edərək bildirib: "Futbolçu kimi karyeramı bitirməyin vaxtı çatıb. Sizi daim yanımda hiss edərək uzun illər yaşadım, işlədim, oynadım, arzuladım, planlar qurdum. Bu müddət ərzində qələbə və nəticə üçün çalışdım. İstədim ki, siz mənimlə və Rusiya futbolu ilə fəxr edəsiniz. Daim arzuladım ki, idmançı, futbolçu və şəxsiyyət kimi yetişim. Arzum həyata keçdi! Mən buna nail oldum! Çox xoşbəxtəm ki, siz mənə inandınız, dəstək oldunuz, narahatlıq keçirdiniz, irəli gedərək daha çox nailiyyət əldə etməyə güc verdiniz. Tanrıma minnətdaram ki, cızdığı yolda vicdanla hərəkət etdim. Ailəmə və yaxın dostlarıma sevgi və minnətdarlıq hisslərimi çatdırıram. Məni yetişdirən məşqçilərim, klubların tibbi personalı, çox sağ olun! Komanda yoldaşlarım və azarkeşlər, siz əbədi mənim ürəyimdəsiniz".

Посмотреть эту публикацию в Instagram

Публикация от Александр Самедов ⚽️ (@19samedov84)

Qeyd edək ki, Rusiya futbolunun yetirməsi Aleksandr Səmədov milliyətcə azərbaycanlıdır. O, "Spartak", "Lokomotiv", "Moskva", "Dinamo" və "Krılya Sovetov" kimi klublarda oynayıb. 2000-ci illərin əvvəllərində o, Azərbaycan milli komandasının düşərgəsində təlim-məşq toplanışında olub. Lakin sonradan AFFA tərəfindən ona göndərilən təkliflərin heç birini qəbul etməyib. Səmədov 2011-ci ildən 2018-ci ilə qədər Rusiya milli yığma komandasında çıxış edib.

Xəbər lenti
0