04:12 23 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0258
  • EUR1.8840
Güləşçi Cəbrayıl Hacıyev

Azərbaycan bir gündə dörd qızıl medal qazandı

© AZƏRTAC
İDMAN
Qısa URL
57 0 0

Azərbaycan millisi Bakıda keçirilən yarışlarda qızıl medalların sayına görə liderliyini qoruyur

Teymur Tuşiyev, Sputnik Azərbaycan

BAKI, 23 iyul — Sputnik. Azərbaycan güləşçiləri bu günlərdə Bakıda keçirilən Avropa Gənclər Yay Olimpiya Festivalında daha dörd medal qazanıblar.

Азербайджанский борец Кянан Гейбатов
Güləşçi Kənan Heybətov

Sputnik Azərbaycan-ın məlumatına görə, sərbəst güləşçimiz Kənan Heybətov (51 kq) final yolunda İvan Terziyə (Ukrayna, 12:2), Niko Xivonenə (Finlandiya, 10:0), Nektanos Kristasa (Yunanıstan, 12:1) və nəhayət finalda Rüstəm Dolayevə (Rusiya, 8:5) qalib gələrək qızıl medal qazanıb.

Азербайджанский борец Джабраил Гаджиев
Güləşçi Cəbrayıl Hacıyev

İkinci "qızıl"ı 65 kq çəki dərəcəsində yarışan Cəbrayıl Hacıyev alıb. O, Davit Patsinaşviliyə (Gürcüstan, 103:3), Dukhan Dumana (Türkiyə, 10:0), Konstandin Nikopolidisə (Yunanıstan, 10:0), Umar Mövlayevə (İsveçrə, 10:0) və nəhayətdə Batırbek Çkovrebova (Rusiya, 6:5) heç bir şans verməyib.

Азербайджанский борец Эльмир Алиев
Güləşçi Elmir Əliyev

Qalan iki qızıl medalı isə yunan-Roma güləşçilərimiz yığmamızın hesabına yazıblar. Elmir Əliyev (51 kq) Kristofer Andresenə (Norveç, 8:0), Florin Mixaya (Rumıniya, 2:1), Nukri Benidzeyə (Gürcüstan, tuşe) qalib gələrək finala vəsiqə qazanıb. Burada isə ukraynalı Sanya Yakovlevi məğlub edib. 

Азербайджанский борец Хасай Гасанлы
Güləşçi Xasay Həsənli

Xasay Həsənli (65 kq) finaladək Fotios Bukisi (Yunanıstan, 7:0), Kasper Kouxaneni (Finlandiya, 3:1), David Loxeri (İsveçrə, 10:2), Marian Qolubovskini (Ukrayna, 7:4) məyus edib. Həlledici görüşdə isə Deni Nakayevə (Almaniya, 3:2) qalib gəlib.

Bakıda XV Avropa Gənclər Yay Olimpiya Festivalının açılış mərasimi
© Sputnik / Murad Orujov

Qadınların yarışında Elnurə Məmmədova (53 kq) finalda Polina Lukinaya (Rusiya, tuşe) məğlub olaraq gümüş medala razılaşıb. Nigar Mirzəzadə isə (65 kq) üçüncü yer uğrunda döyüşdə Sofiya Polovçikə (Polşa, 7:6) qalib gələrək bürünclə kifayətlənib.

Azərbaycan Avropa Gənclər Yay Olimpiya Festivalında medal əyarına görə liderliyini qoruyur. Yarışlara ev sahibliyi edən millimizin aktivində artıq 16 medal var. Bunlardan səkkizi qızıl, beşi gümüş, üçü bürüncdür. İkinci yerdə 22 medalla (6, 6, 10) Rusiya, üçüncü sırada isə səkkiz medalla (4, 2, 2) İtaliyadır.

Əsas mövzular