14:24 23 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0259
  • EUR1.8816
XV Avropa Gənclər Yay Olimpiya Festivalının təntənəli açılış mərasimi

Avropa Gənclər Yay Olimpiya Festivalının açılış mərasimi keçirilib

© AZƏRTAC
İDMAN
Qısa URL
47 0 0

Avropa Olimpiya Komitələrinə üzv olan 48 ölkədən 3900-a yaxın şəxs Bakıdadır, Ermənistan və Lixtenşteyn gəlməyib

BAKI, 21 iyul - Sputnik. Bakıda XV Avropa Gənclər Yay Olimpiya Festivalının açılış mərasimi keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, rəsmi açılış mərasimi Bakı Kristal Zalında baş tutub.

Açılış mərasimini Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da izləyiblər.

XV Avropa Gənclər Yay Olimpiya Festivalının təntənəli açılış mərasimi
XV Avropa Gənclər Yay Olimpiya Festivalının təntənəli açılış mərasimi

Tədbir mərasim iştirakçıları və qonaqların salamlanması ilə başlayıb. Arenadakı böyük monitorda XV Avropa Gənclər Yay Olimpiya Festivalına ev sahibliyi edən Azərbaycan haqda dolğun fikir formalaşdıran video-rolik nümayiş etdirilib. Ardınca isə tamaşaçıların gur alqışları altında Azərbaycan Milli Qvardiyasının əsgərləri dövlət bayrağını səhnəyə gətirib və Azərbaycanın dövlət himni səsləndirilib.

XV Avropa Gənclər Yay Olimpiya Festivalının təntənəli açılış mərasimi
XV Avropa Gənclər Yay Olimpiya Festivalının təntənəli açılış mərasimi

Mərasim iştirakçı ölkələrin bayraqlarının gətirilməsi və idmançıların arenaya daxil olması ilə davam edib. Atletlər paradı müasir Olimpiya oyunlarının vətəni sayılan Yunanıstan təmsilçilərinin gəlişi ilə başlayıb və tamaşaçıların alqışları ilə ev sahibi Azərbaycan komandasının arenaya daxil olması ilə yekunlaşıb. Azərbaycan bayrağını cüdoçu Vüqar Talıbov daşıyıb.

Sonra Azərbaycan Respublikası baş nazirinin birinci müavini, Avropa Gənclər Yay Olimpiya Festivalının Təşkilat Komitəsinin rəhbəri Yaqub Eyyubov və Avropa Olimpiya Komitələrinin prezidenti Yanes Kotsiyançiç çıxış edərək idmançılara uğurlar arzulayıblar.

XV Avropa Gənclər Yay Olimpiya Festivalının təntənəli açılış mərasimi
XV Avropa Gənclər Yay Olimpiya Festivalının təntənəli açılış mərasimi

Azərbaycan Prezidenti İlham Əliyev XV Avropa Gənclər Yay Olimpiya Festivalını açıq elan edib.

Daha sonra olimpiya çempionları Avropa Olimpiya Komitələrinin bayrağını qaldırıblar.

Festivalın məşəlini isə yunan-Roma güləşi üzrə olimpiya çempionu, Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Fərid Mansurov gətirib və alovlandırılıb. Tədbir bədii hissə ilə davam etdirilib.

XV Avropa Gənclər Yay Olimpiya Festivalının təntənəli açılış mərasimi
XV Avropa Gənclər Yay Olimpiya Festivalının təntənəli açılış mərasimi

XV Avropa Gənclər Yay Olimpiya Festivalının “Baku Crystal Hall”da keçirilən təntənəli açılış mərasimi bütün iştirakçı ölkələrin bayraqlarının dalğalandırılması ilə başa çatıb.

Avropa Olimpiya Komitələrinə (AOK) üzv olan 50 ölkədən yalnız ikisi festivalda təmsil olunmur. Bunlar Ermənistan və Lixtenşteyn yığmalarıdır. Digər 48 ölkədən 3900-a yaxın nümayəndə heyəti yarış üçün paytaxtımızdadır.

14-18 yaşlı atletlər idmanın on növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında qüvvələrini sınayacaqlar. Festival zamanı 12 idman obyektində 2500-dən çox könüllü fəaliyyət göstərəcək.

XV Avropa Gənclər Yay Olimpiya Festivalının təntənəli açılış mərasimi
XV Avropa Gənclər Yay Olimpiya Festivalının təntənəli açılış mərasimi

Qeyd edək ki, 1991-ci ildən keçirilən festivalı ilk dəfə qəbul edən Azərbaycan Bakı-2019-a ən böyük heyətlə qatılan yığmadır. Ölkəmizi 10 növdə 122 idmançı təmsil edir.

Qeyd edək ki, Bakı-2019 iyulun 27-də başa çatacaq.

Əsas mövzular