10:56 19 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0257
  • EUR1.8876
EYOF-un maskotları

EYOF-da ilk gün: Azərbaycan 2 qızıl, 1 gümüş və 1 bürünc əldə etdi

© TREND
İDMAN
Qısa URL
32 0 0

İlk gündə millimiz üçün göydən medal yağdı

BAKI, 21 iyul – Sputnik. Azərbaycanın yunan-Roma güləşçisi Fərid Sadıxlı Bakıda keçirilən XV Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) final görüşünü keçirib.

Sputnik Azərbaycan-ın məlumatına görə, 45 kq çəki dərəcəsində mübarizə aparan idmançı həlledici qarşılaşmada Türkiyə təmsilçisi Umut Çobanla üz-üzə gəlib.

Rəqibini təmiz qələbə ilə məğlub edən Sadıxlı festivalın ilk qızıl medalını qazanıb.

Azərbaycanın sərbəst güləşçisi Murad Haqverdiyev Bakıda keçirilən XV Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) final görüşünü keçirib. 45 kq çəki dərəcəsində mübarizə aparan idmançı həlledici qarşılaşmada Gürcüstan təmsilçisi Nikolozi Santeladzeni sınağa çəkib. Rəqibini məğlub edən (11:4) Haqverdiyev qızıl medal qazanıb.

Sərbəst güləşçisi Əbülfəz Nəsirov Bakıda keçirilən XV Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) final görüşünü keçirib. 55 kq çəki dərəcəsində mübarizə aparan idmançı həlledici qarşılaşmada İtaliya təmsilçisi Simone Vinçentso Piroddu ilə görüşüb. Rəqibinə məğlub olan (5:10) Nəsirov gümüş medalla kifayətlənib.

Yunan-Roma güləşçilərindən Nihat Məmmədli (55 kq) isə bürünc medala sahib olub.

Əsas mövzular