14:23 23 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0259
  • EUR1.8816
Neftçi komandası Speranta ilə oyundan əvvəl, arxiv şəkli

“Arsenal”dan “Neftçi”yə şirin cavab: Biz sizi pryanikə qonaq edərik

© Sputnik / Murad Orujov
İDMAN
Qısa URL
81 0 0

“Neftçi” klubu "Olar biz özümüzlə samovarımızı gətirək" deyə “Arsenal” futbol klubuna söz atıb

BAKI, 20 iyul — Sputnik. “Neftçi” futbol klubu rəsmi Twitter səhifəsində maraqlı paylaşım edib.

Sputnik Azərbaycan xəbər verir ki, klub "Olar biz özümüzlə samovarımızı gətirək" deyə “Arsenal” Tula futbol klubuna söz atıb. “Arsenal” klubu isə bu atmacanı cavabsız qoymayıb: "Samovarınızı özünüzlə götürün. Biz sizi pryanikə qonaq edərik" deyə cavablandırıb.

​Xatırladaq ki, Tula şəhəri öz samovarları ilə dünyada məşhurdur.

Qeyd edək ki, ötən gün "Neftçi" Avropa Liqasının I təsnifat mərhələsinin cavab görüşündə "Bakcell Arena"da Moldovanın "Speranta" klubunu məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb. Flaqmanın rəqibi isə Rusiyanı Avroliqada ilk dəfə təmsil edəcək Tulanın Arsenal klubudur.

Klublar arasında ilk görüş 25 iyul saat 21:00-da Tulanın "Arsenal" stadionunda keçiriləcək. Cavab oyunu isə bir həftə sonra Bakıda baş tutacaq.

Əsas mövzular