CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Avropa Gənclər Yay Olimpiya Festivalında Azərbaycanın bayraqdarı müəyyənləşdi

© TRENDПредставлены маскоты XV Европейского юношеского олимпийского фестиваля
Представлены маскоты XV Европейского юношеского олимпийского фестиваля - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan paytaxtına 3600-dən çox idmançı və texniki nümayəndə heyəti gələcək

BAKI, 19 iyul — Sputnik. Azərbaycan Milli Olimpiya Komitəsinin təşəbbüsü ilə bu gün, iyulun 19-da qurumun nümayəndələri ilə XV Avropa Gənclər Yay Olimpiya Festivalının Əməliyyat Komitəsi üzvlərinin birgə iclası keçirilib.

Автобус ООО BakuBus - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bakıda bəzi marşrutlar dəyişdiriləcək, iş vaxtı uzanacaq
Sputnik Azərbaycan-a Gənclər və idman Nazirliyindən verilən xəbərə görə, yığıncaqda əsas müzakirə mövzusu Olimpiya Festivalında Azərbaycanın bayraqdarının müəyyən edilməsi olub. İştirakçılar seçimdə cüdoçu, 15 yaşlı Vüqar Talıbova üstünlük veriblər. İyulun 21-də keçiriləcək XV Avropa Gənclər Olimpiya Festivalının açılış mərasimində Azərbaycanın bayrağını məhz o daşıyacaq.

Məlumat üçün bildirək ki, Vüqar Talıbov 11 avqust 2003-ci il təvəllüdlüdür. 2018-ci il Yeniyetmələrin Yay Olimpiya Oyunlarının qalibi, Avropa Kubokunun sahibi, eləcə də Afrika Kubokunun gümüş və Asiya Kubokunun bürünc mükafatçısıdır.

Xatırladaq ki, Bakıda təşkil ediləcək XV Avropa Gənclər Yay Olimpiya Festivalı iyulun 21-də başlayıb, 27-də yekunlaşacaq. Azərbaycan paytaxtına 3600-dən çox idmançı və texniki nümayəndə heyəti gələcək. Atletlər idmanın 10 növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında mübarizə aparacaqlar. Qeyd edək ki, Olimpiya Festivalı zamanı 12 idman obyektində 2500-dən çox könüllü fəaliyyət göstərəcək. 

Xəbər lenti
0