04:17 14 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.8726
Səbail Avroliqada ilk oyununu uduzdu

"Beş qəpik" azərbaycanlılara kömək etmədi

© Facebook / Universitatea Craiova
İDMAN
Qısa URL
67 0 0

“Səbail” Avropa Liqasının ilk oyununu uduzdu

Teymur Tuşiyev, Sputnik Azərbaycan

BAKI, 11 iyul — Sputnik. Azərbaycanın “Səbail” futbol klubu Avropa Liqasının təsnifat mərhələsində Bakıdakı meydançada qarşılaşdığı Rumıniyanın “Universitatya” klubuna 2:3 hesabı ilə məğlub olub.

Sputnik Azərbaycan bildirir ki, avrokubokların debütantı olan “Səbail” ilk dəqiqələrdən sıxıntılı təsir bağışlayırdı, rəqib də bundan istifadə edərək artıq matçın 13-cü dəqiqəsində hesabı açıb. İlk qolu Aleksandru Matey vurub.

Birinci taymın ortalarında meydan sahibləri azacıq dirçələrək hücuma keçməyə müvəffəq oldular. Oyunun 33-cü dəqiqəsində “Səbail” gözlənilmədən hesabı bərabərləşdirdi. Üstəlik, bunu hamının “beş qəpik” kimi tanıdığı məşhur stildə yerinə yetirdi. Əmirquliyev küncdən topa vurdu, “Səbail”in iki oyunçusu topa toxunmadan onun Ağabala Ramazanovun ayağına çatmasına imkan yaratdılar. Sonuncu isə imkanı qola çevirdi. Qeyd edək ki, bu fəndi hazırda AFFA-nın məşqçilər komitəsinin başçısı Vaqif Sadıxov “Neftçi”də işlədiyi zaman fikirləşib. Bu üsulla ilk dəfə qol isə 1994-cü ildə “Neftçi” – “Pambıqçı” oyununda vurulub. 

İkinci taymın əvvəlində qonaqlar yenidən hesabda irəli düşüblər. “Universitatya”nın kapitanı Nikuşor Banku meydanın mərkəzindən təkbaşına irəliləyərək “Səbail”in qapıçısı Bojinovskini məyus edib.

 Mixay Romanın oyunun 66-cı dəqiqəsində vurduğu komandasının 3-cü qolu kimin daha üstün olduğunu ortaya qoyub.

Ancaq demək lazımdır ki, “Səbail”in oyunçuları heç də təslim olmayıblar. Oyunun 82-ci dəqiqəsində qonaqların qapıçısı Pilyaçelli topu oyuna uğursuz daxil edib, bundan yararlanan meydan sahibləri onu ələ keçiriblər və Ağabala Ramazanov dubla imza ataraq, fərqi azaldıb (2:3). Son dəqiqələrdə “Səbail” bir neçə dəfə cəhd etsə də, qonaqların maneəsini yara bilməyib. 

“Universitatya” ilə “Səbail” arasında cavab görüşü iyulun 18-də Rumıniyada keçiriləcək.

Əsas mövzular