11:55 23 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0259
  • EUR1.8816
Məsut Özil

Məsut Özilə rəsmən yox deyildi

© AP Photo / Kerstin Joensson
İDMAN
Qısa URL
48 0 0

Mövcud maliyyə vəziyyətini nəzərə alsaq, bu qeyri-mümkündür

BAKI, 11 iyul — Sputnik. Son günlərdə ən çox müzakirə olunan mövzulardan biri də Məsut Özilin "Fənərbağça" futbol klubuna keçidi ilə bağlıdır.

Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı klub rəsmi məlumat yayıb. "Məsut Özil Türkiyə hüdudlarından kənarda ölkəmizi layiqincə təmsil etmişdir. Bizim üçün "Fənərbağça"lı kimi tanınması önəmli bir dəyərdir. Eyni zamanda, bildiririk ki, klubumuz Məsut Özilin transferi üçün heç bir addım atmayıb. Mövcud maliyyə vəziyyətini nəzərə alsaq, bu, qeyri-mümkündür. Həmçinin qeyd edək ki, klub rəhbərimiz Ali Koç da iyunun 20-də məsələ ilə bağlı açıqlamasında yaxın zamanda bu transferin baş tutmayacağını söyləmişdir".

Qeyd edək ki, türk əsilli futbolçu 1988-ci ildə Almaniyada doğulub. Müxtəlif dövrlərdə "Schalke 04", "SV Werder" "Bremen", "Real Madrid", "Arsenal" kimi klublarda oynayıb.

Əsas mövzular