CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şotlandlar çex futbolçunu "Qarabağ"a satmaq, Ağdam klubu isə təslim olmaq istəmir

Abunə olmaq
Şotlandiyanın "Sent-Mirren" futbol klubu futbol üzrə Azərbaycan çempionu "Qarabağ" klubuna çex qapıçı Vatslav Xladkini satmaqdan imtina edib, amma...

 

Teymur Tuşiyev, Sputnik Azərbaycan

BAKI, 8 iyul — Sputnik. Şotlandiyanın "Sent-Mirren" futbol klubu futbol üzrə Azərbaycan çempionu "Qarabağ" klubuna çex qapıçı Vatslav Xladkini satmaqdan imtina edib. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə The Scottish Sun nəşri yazıb.

Ağdam klubu şotland "Sent-Mirren"inə qapıçı Vatslav Xladkini 200 min funta (426,5 min manat) ona satmağı təklif edib. Lakin bu məbləğ şotlandları qane etməyib və onlar futbolçunu Azərbaycan klubuna satmaqdan imtina ediblər. Çex futbolçu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun diqqətini cari mövsümün ikinci yarısında keçirdiyi oyunlar zamanı cəlb edib. Xüsusilə də bu ilin mayında pley-off mərhələsinin final matçında Xladkinin rəqib "Dandi Yunayted"in qapısına 3 penalti vurması onu "Sent-Mirren"in qəhrəmanına çevirib. Bunun sayəsində çex qapıçı Şotlandiya Premyer Liqasına qeydiyyatını davam etdirir.

Футбольный матч Карабах – ПАОК (Греция) - Sputnik Azərbaycan
İDMAN
“Qarabağ”ın Çempionlar Liqasında mümkün rəqibləri – 5 komanda

Lakin Ağdam klubu qapıçını əldə etmək istiqamətində cəhdlərini dayandırmaq niyyətində deyil. Klub yaxın vaxtlarda şotlandlara maliyyə cəhətdən daha cəlbedici təklif etmək niyyətindədir. Məlumata görə, "Qarabağ" Xladkiyə Şotlandiyada aldığı məbləğdən 6 dəfə yüksək maaş təklif etməyə hazırlaşır. Bununla yanaşı, cari mövsümlərarası dövrdə "Sent-Mirren"ə yeni baş məşqçi Cim Qudvin başçılıq edəcək. Qapıçının klubda bundan sonrakı vəziyyəti bəlli deyil.

Bütün bunlarla yanaşı, 28 yaşlı qapıçı şotland klubunda qalmaq istəyir. O, hesab edir ki, belə olan təqdirdə, onun İngiltərə Premyer-liqasına düşmək şansı daha çox olacaq. Xladkini saxlamaq arzusunu klubun icraçı direktoru Peysli Fitspatrik də bəyan edib. O, Vatslavı komandanın həyati vacib bəndi adlandırıb. Bununla belə, "Qarabağ"ın daha böyük məbləğ təklifi "Sent-Mirren" rəhbərliyinin qərarını dəyişə bilər.

"Qarabağ"ın yenilənmiş təkliflərini şotlandlara iyulun 10-da Albaniyada Çempionlar Liqasının ilk seçmə mərhələsi çərçivəsində "Partizani" ilə keçiriləcək matça qədər irəli sürəcəyi istisna edilmir.

Xəbər lenti
0