09:55 23 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0270
  • EUR1.9027
Antuan Qrizmann, arxiv şəkli

Məşhur fransız Neymardan dərs aldı

© REUTERS / Sergio Perez
İDMAN
Qısa URL
24 0 0

Azad agent olmaq üçün Madrid klubuna 120 milyon avro ödəmək lazım gələcək

BAKI, 8 iyul — Sputnik. Antuan Qrizmann Neymarın fəndini təkrarlamaq fikrindədir.

Sputnik Azərbaycan El Mundo Deportivo-ya istinadən bildirir ki, Madridin "Atletiko" klubunun fransız forvardı Antuan Qrizman öz müqaviləsini klubdan satın alacaq.

28 yaşlı futbolçu Madrid klubu ilə müqaviləsinin müvafiq bəndindən yararlanaraq 120 milyon avro həcmində satınalma dəyərini ödəyərək azad agent statusuna yiyələnmək niyyətindədir. Qrizmann həmçinin mövsümöncəsi hazırlıqlar üçün komandaya qatılmadığına görə cərimə ödəməkdən də qurtulur.

​İyulun 5-də "Atletiko" "Barselona" ilə Antuanı hələ 2018/19-cu mövsüm ərzində danışıqlar apardıqlarına görə ictimai surətdə qınamışdı. Klub bildirirdi ki, fransızın "Barsa"ya keçidinə görə ödənişin hissə-hissə aparılmasını qadağan edəcək. Buna qədər Sport.es "Barselona" ilə "Atletiko" arasında Qrizmanın transferinə dair razılaşma əldə edildiyini yazırdı. Qrizmann özü isə mövsüm bitən kimi klubdan gedəcəyini bildirmişdi.

2017-ci ilin avqustunda Neymar öz müqaviləsini "Barselona"dan 222 milyon avroya satın almış, sonra isə "Pari Sen-Jermen"ə keçmişdi. Onun bu fəndi Fransa klubuna maliyyə fair-play-i ilə bağlı problemlərdən yaxa qurtarmağa imkan vermişdi.

Qrizmann "Atletiko"da 2014-cü ildən oynayır. Bu müddət ərzində o, 180 oyuna çıxaraq 94  qol vurub. Antuan Fransa yığması ilə Avropanın vitse-çempionu və dünya çempionu olub. 

Əsas mövzular