09:55 23 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0270
  • EUR1.9027
İngiltərənin Tottenhem futbol klubunun yarımmüdafiəçisi Delle Alli millinin oyununda, arxiv şəkli

Məşhur futbolçu içkidən huşunu itirdi

© AP Photo / Martin Meissner
İDMAN
Qısa URL
33 0 0

Futbolçunun model dostu öncə ona fikir verməsə də, daha sonra narahat olub və kömək üçün ətrafdakı şəxslərə müraciət edib

BAKI, 6 iyul — Sputnik. İngiltərənin "Tottenhem" futbol klubunun yarımmüdafiəçisi Delle Alli istirahət zamanı Yunanıstanda xoşagəlməz vəziyyətə düşüb.

 Sputnik Azərbaycan "The Sun" nəşrinə istinadən xəbər verir ki, ingilis ulduz xanım dostu Rubi Meyin doğum gününü qeyd etdiyi zaman çox miqdarda alkoqol qəbul edib. Nəticədə futbolçunun vəziyyəti elə çimərlikdəcə pisləşib. Huşunu itirən Alli uzun müddət şezlonqda qalıb. Futbolçunun model dostu öncə ona fikir verməsə də, daha sonra narahat olub və kömək üçün ətrafdakı şəxslərə müraciət edib. Alli kənar şəxslərin köməkliyi ilə ayağa qalxa bilib.

Qeyd edək ki, Delle Alli bu mövsüm "Tottenhem"in heyətində rəqib qapılarından 38 oyunda 7 top keçirməyi bacarıb.

Əsas mövzular