22:27 26 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İDMAN
Qısa URL
205 0 0

İlk dəqiqələrdən üstünlüyə yiyələndiyi görüşdə Mariya 7:1 hesabı ilə qalib gəlib

BAKI, 28 iyun — Sputnik. Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında qadın güləşçilərin sonuncu dörd çəkidə medal qarşılaşmalarına start verilib.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, öncə 50 kq çəki dərəcəsində mükafatçılar bəlli olublar. Azərbaycan yığmasının lideri Mariya Stadnik qızıl medal uğrunda görüşə çıxıb.

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik
Azərbaycanın qadın güləşçisi Mariya Stadnik

Dünya və yeddiqat Avropa çempionumuz finalda ukraynalı Oksana Livaşla görüşüb. Yarışa 1/4 finaldan başlayıb, polşalı Anna Lukasyak (10:0) və türkiyəli Evin Demirhanla (6:1) qarşılaşmalarda ciddi çətinlik çəkməyən güləşçimiz ardıcıl 3-cü qələbəsini qazanıb.

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik
© Photo : REPORT
Azərbaycanın qadın güləşçisi Mariya Stadnik

M.Stadnik ilk dəqiqələrdən üstünlüyə yiyələndiyi görüşdə 7:1 hesabı ilə qalib gəlib. Bununla da təmsilçimiz dörd il əvvəl Bakıda keçirilən Avropa Oyunlarında qazandığı nailiyyəti təkrarlayıb.

Əsas mövzular