19:04 28 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İDMAN
Qısa URL
17 0 0

PSJ braziliyalı oyunçusunu hansı kluba satacağını hələ dəqiqləşdirməyib.

BAKI, 20 iyun — Sputnik. "Kral klubu" Neymarı əldə etmək üçün hərəkətə keçib.

Sputnik Azərbaycan "Mirror"a istinadən xəbər verir ki, Madrid klubu PSJ-yə Neymarın əvəzində pul və oyunçu təklif edib. Braziliyalı ulduzun bu yay PSJ klubunu tərk edəcəyi artıq dəqiqləşib. Neymar özü də klubdan ayrılacağını dilə gətirib. Təkliflərdən başını itirən PSJ isə onu hansı kluba satacağını hələ dəqiqləşdirməyib. Belə ki, "Barselona"nın 300 milyon avro təklifinin ardınca "Real Madrid" 130 milyon avro üstəgəl Qaret Beyl və ya Xames Rodrigesi verməyə hazır olduğunu bildirib.

Bununla belə, PSJ Neymarla müqaviləni uzadacağına hələ də ümid edir. Forvard əgər hal-hazırkı klubunda qalarsa, PSJ tarixində ən çox qazanan futbolçu olacaq. Verilən məlumata görə, Paris klubu futbolçuya illik 30 milyon avro pul təklif edir.

Əsas mövzular