Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Məşhur klub Avroliqada iştirakdan imtina edir

© REUTERS / Denis BalibouseЛоготип в штаб-квартире УЕФА в Ньоне, Швейцария
Логотип в штаб-квартире УЕФА в Ньоне, Швейцария - Sputnik Azərbaycan
Abunə olmaq
Məsələ ilə bağlı klub UEFA-ya bu gün müraciət edəcək

BAKI, 20 iyun — Sputnik. İtaliyanın "Milan" futbol klubu növbəti mövsüm Avroliqada iştirak etməkdən imtina etməyə hazırlaşır.

Sputnik Azərbaycan-ın "Corriere della Sera" nəşrinə istinadən verdiyi xəbərə görə, məsələ ilə bağlı "Milan" UEFA-ya bu gün müraciət edəcək. Əgər razılıq olarsa, "Milan" klubunu Avroliqada "Roma" əvəz edəcək, "Torino" isə turnirə təsnifat mərhələsində qoşulacaq.

Qeyd edək ki, ötən ilin dekabrında UEFA "Milan"ı Avroliqadan qazandığı 12 milyon avro məbləğində cərimələmişdi. Bununla yanaşı, klub iki mövsüm avrokubok oyunlarında heyətinə 21 futbolçudan artıq oyunçu cəlb edə bilməz. Cəriməyə səbəb kimi klubun maliyyə feyr-pley qaydalarına riayət etmədiyi bildirilir.

Xəbər lenti
0