Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Yığmamızın baş məşqçisi məhşər ayağına çəkildi

© Sputnik / Murad OrujovАссоциация футбольных федераций Азербайджана
Ассоциация футбольных федераций Азербайджана - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçdən biabırçı məğlubiyyətin hesabı soruşulub

BAKI, 12 iyun — Sputnik. Avro-2020-nin seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan - Slovakiya (1:5) matçındakı uğursuzluqla əlaqədar olaraq, bu gün AFFA İcraiyyə Komitəsinin təcili iclası keçirilib.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası - Sputnik Azərbaycan
Qarabağda keçiriləcək Avropa çempionatı ilə bağlı AFFA hansı addımı atacaq?

Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin də dəvət olunduğu iclasda milli yığma komandamızın Avro-2020-nin seçmə mərhələsində keçirdiyi son iki oyunda göstərdiyi uğursuz nəticələr müzakirə olunub. Baş məşqçi hər iki qarşılaşma ilə əlaqədar İcraiyyə Komitəsinə qısa hesabat verib və bildirilib ki, yaxın günlərdə ətraflı hesabat təqdim olunacaq.

AFFA İcraiyyə Komitəsinin ümumi rəyi belə olub ki, Azərbaycan milli komandasına dəvət olunan futbolçular üzərilərinə düşən məsuliyyəti dərk etməli, bütün oyunlarda var gücləri ilə mübarizə aparmalı, heç bir halda imkanlarından aşağı səviyyədə çıxış etməməlidirlər.

Xatırladaq ki, Avro-2020-nin seçmə mərhələsində 3 oyun keçirib hamısında məğlub olan Azərbaycan millisi futbol azarkeşlərinin də etirazına səbəb olub. Belə ki, ötən axşam "Bakcell Arena"da keçirilən oyun zamanı azarkeşlər AFFA rəhbərliyinə qarşı "İstefa!" şüarı səsləndiriblər.

Azərbaycan millisi Avro-2020-də Xorvatiyaya 1:2, Macarıstana 1:3, Slovakiyaya 1:5 hesabı ilə uduzaraq "E" qrupda sonuncu yeri tutur.

Xəbər lenti
0