Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

İslandiyada Türkiyə millisinə böyük hörmətsizlik, işə Çavuşoğlu qarışdı - VİDEO

© AP PhotoTürkiyə milli futbol komandasının oyunçuları
Türkiyə milli futbol komandasının oyunçuları - Sputnik Azərbaycan
Abunə olmaq
Xarici İşlər naziri “türk millətinin hörmətsizliyə cavab veriləcəyinə şübhəsi olmasın” deyib

BAKI, 10 iyun — Sputnik. 2020-ci il Avropa Çempionatının seçmə mərhələsinin "H" Qrupunda mübarizə aparan Türkiyə millisi iyunun 11-də İslandiya ilə baş tutacaq qarşılaşma üçün bu ölkəyə səfər gedib. Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Türkiyə millisi İslandiyanın "Keflavik" hava limanına enən kimi böyük hörmətsizliklə qarşılaşıb.

Belə ki, Türkiyə milli komandasının bütün üzvləri İslandiya rəhbərliyi tərəfindən 2 saat pasport yoxlamasından keçirilib. Bundan əlavə, futbolçuların şəxsi əşyaları da detallı yoxlamadan keçirilib.

Türkiyəli futbolçular Əmrə Bələzoğlu və Burak Yılmaz hava limanın çıxışında baş verənlərə reaksiya verib.

"Etdikləri hörmətsizlik, tərbiyəsizlikdir. Üç saat orada gözlədildik. Hamının çantasını aldılar, yoxladılar. Təkrar- təkrar yoxlamadan keçirirlər. Biz 6.5 saatdır təyyarə ilə bura gəldik, 3 saatdır da gözləyirik" - deyə Burak Yılmaz qeyd edib.

Milli komandanın kapitanı Əmrə Bələzoğlu isə hadisə ilə bağlı bir şey demək istəmədiyini bildirib: "Bizim ölkəmizə qurban olsunlar. Təəssüflər olsun ki, təyyarədən endiyimiz andan etibarən içəridə lazımsız yoxlamalar apardılar".

Bu arada islandiyalı azarkeş Əmrə Bələzoğlu açıqlama verərkən mikrofon kimi ona tərəf tualet fırçasını uzadıb. Daha sonra isə oradan uzaqlaşıb.

Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlunun da məsələyə reaksiyası çox sərt olub.

​"Milli komandamızın İslandiya hava limanında məruz qaldığı bu cür davranış yolverilməzdir. Lazım olanı edəcəyimizə millətin şübhəsi olmasın", - deyə Çavuşoğlu "Twitter"-də yazıb.

Xəbər lenti
0