00:37 21 İyun 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0267
  • EUR1.9143
UEFA-nın İsveçrədəki mənzil-qərargahı

"Qarabağ" Avropanın nəhənglərini geridə qoydu

© REUTERS / Denis Balibouse
İDMAN
Qısa URL
793 0 0

Azərbaycanın "Qarabağ" futbol klubu İtaliyanın "Milan" və Hollandiyanın "Feyenoord" klublarından daha reytinqlidir

BAKI, 4 iyun — Sputnik. Azərbaycanın "Qarabağ" futbol klubu Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) açıqladığı yenilənmiş və 2018-/2019-cu il mövsümünün başa çatmasından sonra formalaşdırdığı klub reytinqində Avropa futbolunun nəhəngləri - İtaliyanın "Milan" və Hollandiyanın "Feyenoord" klublarından irəli keçib.

Ağdam klubunun aktivində 22,000 bal var və bunun sayəsində "Qarabağ" 70-ci yerdə qərarlaşıb. Bununla da hazırkı Azərbaycan çempionu Avropa klublarının siyahısında 19,000 balla 78-ci yeri tutmuş İtaliya "Milan"ını və 22,000 balla 71-ci yeri tutmuş holland "Feyenoord"unu arxada qoyub.

Qurban Qurbanovun baş məşqçisi olduğu komanda reytinq cədvəlində Avropanın "Real Sosyedad" (İspaniya, 20,713 balla 75-ci yer), "Everton" (İngiltərə, 17,092 balla 84-cü yer) və Spartak (Moskva, 16,080 balla 89-cu) kimi digər futbol nəhənglərini də ötüb keçib.

Azərbaycanın digər futbol klublarına gəlincə, "Qəbələ" 6,250 balla 173-cü, "Keşlə", "Neftçi" və "Zirə" isə hərəyə 3,800 balla 273, 274 və 275-ci yerləri tutublar.

Reytinq cədvəlinə Madridin "Real"ı başçılıq edir. Onun aktivində 146,000 bal var. İkinci yerdə 138,000 balla İspaniyanın "Barselona"sı qərarlaşıb. Reytinqdəki ilk üçlüyü 128,000 bal toplayan Münhenin "Bavariya" klubu qapayıb.

Əlavə edək ki, reytinq son beş ildə Avropa kuboklarında çıxış edən futbol klublarının göstərdiyi nəticələr əsasında tərtib edilir.

Əsas mövzular