Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Bütün kuboklar İngiltərəyə

© AFP 2023 / FABRICE COFFRINIМужчина осматривает трофей Кубка Европы УЕФА (слева) и трофей Лиги чемпионов УЕФА, фото из архива
Мужчина осматривает трофей Кубка Европы УЕФА (слева) и трофей Лиги чемпионов УЕФА, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Avropa Liqası və Çempionlar Liqasından sonra UEFA Super Kuboku da İngiltərəyə gedəcək

BAKI, 2 iyun – Sputnik. Dünən UEFA Çempionlar Liqasında 2018-2019 mövsümünün qalibi müəyyənləşib.

Sputnik Azərbaycan xəbər verir ki, İngiltərənin "Liverpul" komandası tarixində 6-cı dəfə bu titula sahib olub. Yurgen Kloppun baş məşqçi olduğu kollektiv finalda ölkənin digər təmsilçisi "Tottenhem"i məğlubiyyətə uğradıb - 2:0.

Hesabı 2-ci dəqiqədə Məhəmməd Salah açıb. Sloveniyalı referi Damir Skomina matçın əvvəlində topun Mussa Sissokonun əlinə dəyməsi səbəbindən penalti təyin edib. Misirli hücumçu bu imkandan lazımınca yararlanıb.

Sənan Şəfizadə - Sputnik Azərbaycan
İdman şərhçisi final haqqında: “Çelsi”nin qalib gələcəyinə inanırdım

Bu, Çempionlar Liqasının final oyunlarında vurulmuş üçüncü ən sürətli qol olub. Salah 108-ci saniyədə fərqlənibsə, 1959-cu ildə İspaniya "Real Madrid"inin oyunçusu Enrike Mateos Almaniya "Ayntraxt"ını 7:3 hesabı ilə yendikləri görüşün 60-cı, 2005-ci ildə isə İtaliya "Milan"ının müdafiəçisi Paolo Maldini elə "Liverpul"la əsas vaxtı 3:3 hesabı ilə nəticələnən görüşün 51-ci saniyəsində fərqlənib.

Oyunda son nöqtəni isə 87-ci dəqiqədə Divok Origi Joel Matipin ötürməsindən sonra qoyub.

Beləliklə, "Liverpul" 1977, 1978, 1981, 1984 və 2005-ci ildən sonra yenidən Avropanın ən nüfuzlu klub turnirinin qalibi olub. "Qırmızılar" 14 avqust 2019-cu ildə Türkiyənin İstanbul şəhərindəki "Wodafone Park"da keçiriləcək UEFA Super Kuboku matçında Bakıda Avropa Liqasının qalibi olmuş İngiltərənin digər təmsilçisi "Çelsi" ilə üz-üzə gələcək.

Beləliklə, oyunun nəticəsindən sılı olmayaraq, Avropa Liqası və Çempionlar Liqasından sonra UEFA Super Kuboku da İngiltərəyə gedəcək.

Xəbər lenti
0