Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Qadın hakim biabırçı şəkildə təhqir olundu

CC0 / Keith Johnston / SoccerQadın futbol hakimi
Qadın futbol hakimi - Sputnik Azərbaycan
Abunə olmaq
İtaliyanın yeniyetmə futbol liqasında "Treporti" və "Miraneze" klubları arasındakı görüş qalmaqalla başa çatıb.

BAKI, 31 may — Sputnik. İtaliyanın yeniyetmə futbol liqasında "Treporti" və "Miraneze" klubları arasındakı görüş qalmaqalla başa çatıb. Oyunun hakimi, 22 yaşlı qadın Culiya Nikastro futbolçular və onların valideynləri tərəfindən təhqirlərə məruz qalıb.

Bütün görüş ərzində hakimin qərarları "Treporti" klubunun oyunçuları və onların valideynlərində mənfi reaksiya doğurub. Onlar hakimə bu işi atıb fahişəliklə məşğul olmağı təklif ediblər. Bu barədə Sputnik Azərbaycan Ilgazzettino.It-ə istinadən məlumat verir.

"Treporti"nin 14 yaşlı futbolçularından birinin hakimə yaxınlaşaraq tumanını çıxarması və ona cinsi əlaqədə olmağı təklif etməsi qalmaqalın kuliminasiya nöqtəsi olub. Hərəkətinə görə futbolçu meydançadan qovulub, bu isə oyunçuların və azarkeşlərin ciddi narazılığına səbəb olub.

Yerli futbol federasiyası insidentlə bağlı təhqiqata başlayıb. Yeniyetmə futbolçunu uzunmüddətli diskvalifikasiya gözləyir, klub isə cərimə olunacaq. 22 yaşlı hakim yardım üçün psixoloqa müraciət edib.

Xəbər lenti
0