Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

"Arsenal"ın forvardı Bakıda zədə alıb

© REUTERS / AMR ABDALLAH DALSHПьер-Эмери Обамеянг
Пьер-Эмери Обамеянг - Sputnik Azərbaycan
Abunə olmaq
"Arsenal"ının əsas oyunçularından biri Pyer-Emeri Obameyanq zədə alıb

Teymur Tuşiyev, Sputnik Azərbaycan

BAKI, 29 may — Sputnik. London "Arsenal"ının əsas oyunçularından biri Pyer-Emeri Obameyanq Bakı Olimpiya stadionunda məşq zamanı zədə alıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Sun qəzeti yazıb.

Mayın 28-də oyunqabağı keçirilən məşq zamanı "kanonirlər"in forvardı sahədə qolu sarğılı vəziyyətdə görünüb. Halbuki Bakıda keçirdiyi əvvəlki məşqlərdə Obameyanqın qolunda sarğı olmayıb. Nəşrin yazdığına görə, məşqlərdən birində o, bütün ağırlığı ilə öz qolu üstünə yıxılıb. Bununla belə, Obameyanqın zədəsi ağır deyil və onun "Çelsi" ilə keçiriləcək final matçında iştirakına heç bir maneçilik törətmir.

Армянский полузащитник Арсенала Генрих Мхитарян во время четвертьфинального футбольного матча Кубка Лиги между Арсеналом и Тоттенхэмом Хотспур на стадионе Эмирейтс в Лондоне - Sputnik Azərbaycan
İDMAN
Mxitaryan satışa çıxarılır

Bu arada "Arsenal" qalib gələcəyi təqdirdə həyata keçirəcəyi planları da açıqlayıb. Qələbə qazanacağı təqdirdə "kanonirlər" Londona qayıdarkən üstüaçıq avtobusda kubokla birlikdə "Emireyts" stadionu ətrafındakı ərazidə gəzinti təşkil edəcəklər.

Bununla yanaşı, bir sıra azarkeşlər "Arsenal"ın qələbəsini Londonda qeyd edə bilməyəcəklər. Çünki onların tranzitlə geri qayıtması 20 saatdan çox vaxt aparacaq. Yalnız varlı azarkeşlər Bakı-London birbaşa reysinə bilet ala biləcəklər.

Avropa Liqasının final matçı mayın 29-da saat 23:00-da İngiltərənin "Arsenal" və "Çelsi" komandaları arasında Bakı Olimpiya Stadionunda keçiriləcək.

Xəbər lenti
0