Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Bakıda azarkeşlər arasında dava düşdü, xəsarət alanlar var

© Sputnik / Irade JELILTəcili tibbi yardım
Təcili tibbi yardım - Sputnik Azərbaycan
Abunə olmaq
“Çelsi” azarkeşlərindən biri (Anderson Çels) xəstəxanaya çatdırılıb

BAKI, 29 may — Sputnik. Dünən axşam saatlarında “Malakan bağı” adlanan ərazidə “Çelsi” azarkeşləri ilə “Arsenal” azarkeşləri arasında dava düşüb.

Hədsiz əyləncə: Bakıda futbol azarkeşləri üçün festival keçirilir   - Sputnik Azərbaycan
VİDEO
Hədsiz əyləncə: Bakıda futbol azarkeşləri üçün festival keçirilir

Səhiyyə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, nəticədə “Çelsi” azarkeşlərindən biri (Anderson Çels) xəstəxanaya çatdırılıb. "Çağırış daxil olan kimi hadisə yerinə Təcili yardım briqadası yollanıb. Zərərçəkmiş təpə nahiyəsinin əzilmiş, kəsilmiş yarası diaqnozu ilə KTM-ə çatdırılıb, orada yaralıya ilkin yardım göstərildikdən sonra  Mərkəzi Klinik Xəstəxanasına keçirilib. Vəziyyəti orta ağırdır. Həyatı üçün təhlükə yoxdur".

Futbola baxmağa gələn Rusiya vətəndaşı, 41 yaşlı Zaur Məmmədov isə Bakının mərkəzində yerləşən PUB-lardan birində baş verən qarşıdurma zamanı xəsarət alıb.

"Təcili tibbi yardım briqadası sifətin küt travması diaqnozu ilə müraciət edən zərərçəkmişə yerində yardım göstərib" – deyə məlumatda bildirilir.

Xəbər lenti
0