Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

UEFA "Arsenal"ın Bakıda təxribat xarakterli aksiyasının qarşısını alıb

© AP Photo / Alberto SaizИгроки ФК Арсенал
Игроки ФК Арсенал - Sputnik Azərbaycan
Abunə olmaq
"Kanonirlər" üzərində Mxitaryanın adı olan futbol köynəkləri ilə məşqə çıxmaq istəyiblər

BAKI, 27 may — Sputnik. Avropa Futbol Assosiasiyalarının İttifaqı (UEFA) London "Arsenal"ının Bakıya gəlməkdən imtina etmiş erməni yarımmüdafiəçi Henrix Mxitaryanı dəstəkləmək məqsədilə Avropa Liqasının final matçı ərəfəsində planlaşdırdığı aksiyanın qarşısını alıb.

Новоизбранный президент УЕФА Александер Чеферин. Афины, 14 сентября 2016 года - Sputnik Azərbaycan
İDMAN
UEFA-dan Mxitaryan məsələsinə daha br reaksiya

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə məlumatı Daily Mail yayıb.

"Kanonirlər"in nümayəndələri UEFA funksionerləri ilə görüş keçirərək final matçı ərəfəsində üzərində erməni yarımmüdafiəçinin adı olan futbol köynəyi geyinərək "Çelsi"yə qarşı məşq keçirməyin mümkün olub-olmadığını müzakirə ediblər. Lakin UEFA "Arsenal"a etiraz edib və bildirib ki, belə hərəkətlər assosiasiyanın reqlamentində ciddi şəkildə qadağandır.

Xatırladaq ki, UEFA və Azərbaycan tərəfinin təşkilatçılar qarşısında ən yüksək səviyyədə təhlükəsizliyə zəmanət verməsinə baxmayaraq, Mxitaryan Avropa Liqasının final matçında iştirakdan imtina edib.

Духик Джаназян - Sputnik Azərbaycan
İDMAN
Mxitaryan gəlmədi, amma erməni idmançılar artıq Bakıdadırlar

Qeyd olunur ki, idmançıların məşqlər, matç və mükafatlandırma mərasimində geyinəcəkləri idman forması dəsti UEFA rəhbərliyi tərəfindən təsdiq edilir. Bununla yanaşı, Bakıda olan "Arsenal" əməkdaşları Mxitaryanla bağlı hər hansı bəyanat verməkdən çəkinirlər. Özünə qarşı yerli azarkeşlərin düşmən münasibətini formalaşdırmamaq üçün "kanonirlər" yekunda sözügedən aksiyanı keçirməkdən imtina ediblər.

Xatırladaq ki, Avropa Liqasının final matçı mayın 29-da saat 23:00-da Bakı Olimpiya Stadionunda keçiriləcək. Yarış İngiltərənin "Arsenal" və "Çelsi" komandaları arasında olacaq.

Xəbər lenti
0