CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Aleksey Smertin: "Ümid edirəm ki, finaldan sonra Bakı britaniyalıların rəyini dəyişəcək"

© Sputnik / Ekaterina Chesnokova / Mediabanka keçidРоссийский футболист Алексей Смертин на презентации, посвященной международному благотворительному футбольному проекту фонда Папы Римского Франциска Scholas Occurrentes "Матч Мира"
Российский футболист Алексей Смертин на презентации, посвященной международному благотворительному футбольному проекту фонда Папы Римского Франциска Scholas Occurrentes Матч Мира - Sputnik Azərbaycan
Abunə olmaq
"Çelsi"nin sabiq oyunçusu, Rusiya Futbol İttifaqının regional siyasət və beynəlxalq münasibətlər üzrə direktoru Aleksey Smertin Avropa Liqasının Bakı finalı barədə fikirlərinini bölüşüb

Teymur Tuşiyev, Sputnik Azərbaycan

BAKI, 27 may — Sputnik. Rusiyanın sabiq məşhur futbolçusu, 2004-cü ildə Londonun "Çelsi" klubunun tərkibində İngiltərə çempionu olmuş Aleksey Smertin ümid edir ki, Azərbaycan da ötən il Rusiyada olduğu kimi özünə qarşı britaniyalıların neqativ rəyini dəyişəcək.

"Zadəganlar"ın sabiq oyunçusu bu sözləri Sputnik Azərbaycan-a müsahibəsində deyib. 

Hazırda Rusiya Futbol İttifaqının (RFİ) regional siyasət və beynəlxalq münasibətlər üzrə direktoru və RFİ-nin diskriminasiya ilə mübarizə üzrə səlahiyyətli nümayəndəsi olan Smertin Sputnik Azərbaycan-la söhbətində  futbol üzrə Avropa Liqasının Londonun "Arsenal" və "Çelsi" klubları arasında Bakıda keçiriləcək final matçından gözləntilərini bölüşüb. O, həmçinin Britaniya KİV-lərində Azərbaycan paytaxtının ünvanına qarşı yazılan neqativ məqalələrdən söz açıb.

© Sputnik / Anton Denisov / Mediabanka keçidRusiyanın sabiq futbolçusu Aleksey Smertin
Aleksey Smertin: Ümid edirəm ki, finaldan sonra Bakı britaniyalıların rəyini dəyişəcək - Sputnik Azərbaycan
Rusiyanın sabiq futbolçusu Aleksey Smertin

- MDB ölkələri futbol üzrə Avrokubokların final matçını keçirmək hüququnu elə də tez-tez almır. Avropa Liqasının finalının Bakıda keçiriləcəyini eşidəndə, münasibətiniz necə oldu? 

- Avrokubokların finalının keçirilmə yerinin dəyişməsi əladır. Azarkeşlər özləri üçün yeni ölkələr və mədəniyyətlər kəşf etmiş olurlar. Bakını Avropa Liqasının finalı kimi böyük bayramın gözləməsi əladır. 

- Son zamanlar Britaniya KİV-ləri Bakı finalının ünvanına kəskin tənqidlər səsləndirirlər. Sizin bununla bağlı fikirlərinizi bilmək istərdik. 

- Başa düşdüyüm qədər, neqativ rəy daha çox ingilis fanatların Bakıya birbaşa reyslə deyil, tranzitlə gəlməli olmasıyla bağlıdır. Şəxsən məndə uzaq məsafələr heç vaxt məyusluq doğurmayıb. Bəzən Rusiyadan matça getmək üçün 9 saat uçmaq məcburiyyətində qalmışam. Ola bilsin, kimin üçünsə belə vəziyyət münasib deyil. Amma əminəm ki, bütün bunlar təşkilatçılığa və final matçının qonaqlarının yüksək səviyyədə qəbuluna əks təsir göstərməyəcək. 

© Sputnik / Mihail Voskresenskiy / Mediabanka keçidRusiyanın sabiq futbolçusu Aleksey Smertin
Aleksey Smertin: Ümid edirəm ki, finaldan sonra Bakı britaniyalıların rəyini dəyişəcək - Sputnik Azərbaycan
Rusiyanın sabiq futbolçusu Aleksey Smertin

- Siz "Çelsi"nin heyətində çıxış edərkən Britaniya KİV-lərinin təzyiqləri ilə üzləşmisizmi? 

- Biz hamımız 2018-ci il dünya çempionatına hazırlaşarkən Britaniya KİV-lərinin təzyiqlərinə məruz qalmışıq. Rusiya haqqında da çoxlu neqativ fikirlər yazmışdılar və bu fikirlər ilk ingilis azarkeşlərin gəlişi ilə alt-üst oldu. Mən xüsusilə xatırlayıram ki, ilk dəfə dünya çempionatının yarımfinalına gələn böyük sayda İngiltərə yığmasının azarkeşləri KİV-də təbliğat apardılar ki, bizim oxuduğumuz və dinlədiklərimizin hamısı nahaq idi, Rusiyaya daha əvvəl gəlmək lazım idi. Çox ümid edirəm ki, Bakı finalından sonra da belə neqativ rəylər müsbətə doğru dəyişəcək.

- Sizin Avropa Liqasının Bakıda keçiriləcək final matçından gözləntiləriniz necədir? Komandalardan hansısa birini favorit adlandıra bilərsiz? 

- Bu görüşdə favorit yoxdur. Həm "Çelsi", həm də "Arsenal" üçün bu, mövsümün əsas oyunudur. Bu matç hər iki klub üçün həyati əhəmiyyətlidir. "Kanonirlər" üçün bu, Çempionlar Liqasının növbəti mövsümünə biletdir. Əminəm ki, oyun çox həyəcanlı olacaq. 

© Sputnik / Vladimir Trefilov / Mediabanka keçidRusiyanın sabiq futbolçusu Aleksey Smertin
Aleksey Smertin: Ümid edirəm ki, finaldan sonra Bakı britaniyalıların rəyini dəyişəcək - Sputnik Azərbaycan
Rusiyanın sabiq futbolçusu Aleksey Smertin

- "Çelsi"nin heyətində oynadığınızı nəzərə alsaq, yəqin ki, siz "zadəganlar"a azarkeşlik edəcəksiz? 

- Əlbəttə, mənim simpatiyam daha çox "göylər"dən yana olacaq. Amma "Arsenal"ın da heyətində elə adam var ki, ona xüsusilə azarkeşlik etmək lazımdır. Bu, zamanında İngiltərə çempionu olmuş Petr Çexdir. 

- Avropa Liqasının final mərhələsinə dörd ingilis komandasının - "Liverpul" və "Tottenhem", "Arsenal" və "Çelsi"nin çıxması sizin üçün nə dərəcədə gözlənilməz idi? 

- Bu, gözlənilməz deyildi, bu, klubların ağıllı və düşünülmüş siyasəti idi. Dörd klubun hamısının heyəti güclü oyunçulardan formalaşıb, onlara "top" deyə biləcəyimiz güclü mütəxəssislər rəhbərlik edir. Üstəgəl, bu, son illərdə İngiltərə Premyer Liqasındakı çılğın rəqabətin nəticəsidir. Hansı ki, digər çempionatlar bu baxımdan öyünə bilməzlər. İngiltərə klubları heç bir matçda öz konsentrasiyalarını itirmirlər. İngiltərə Premyer Liqasında elə bir matç yoxdur ki, onlar orada oynamasın. 

Бакинский Олимпийский Стадион - Sputnik Azərbaycan
İDMAN
UEFA Avropa Liqasının Bakı finalı ilə bağlı vacib qərar

- Nə vaxtsa Bakıda olmusuzmu? Bakıda keçiriləcək finala gələcəksiz? 

- Bəli, mən Bakıda olmuşam. Çox gözəl şəhərdir, məndə xoş təəssüratları qalıb. Lakin mənim onun görməli yerlərinə baxmaq imkanım olmayıb. Finala isə təəssüf ki, gələ bilməyəcəyəm, çünki "Dostluq üçün futbol" forumunda iştirak edəcəyəm. 

- Sizə Azərbaycan komandalarına qarşı oynamaq nəsib olub? Azərbaycan futbolu ilə bağlı fikirlərinizi bölüşərdiz...

- Bilirəm ki, bir müddət əvvəl "Qəbələ" Avrokuboklarda özünü pis göstərmədi. Onun oyunundan müəyyən hissələrə baxa bilmişəm. Üstəgəl Azərbaycan yığması istənilən komanda üçün çox güzəştə getməyən rəqibdir.

Xəbər lenti
0