09:47 16 İyun 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0263
  • EUR1.9164
Lorenso Sotomayor

Azərbaycan boksçusu Usti-nad-Labem Qran-prisinin qalibi olub

© Sputnik / Murad Orujov
İDMAN
Qısa URL
1185 0 0

Lorenzo Sotomayor (69 kq) çempion tituluna yiyələnib

BAKI, 26 may - Sputnik. Çexiyada boks üzrə Usti-nad-Labem Qran-prisinə yekun vurulub. 

ONA-nın məlumatına görə, yarışa 4 idmançı ilə qatılan Azərbaycan millisi 1 qızıl və 1 bürünc medal qazanıb. 

Vaqif Şirinovun yetirmələrindən Lorenzo Sotomayor (69 kq) çempion tituluna yiyələnib. Rio-2016-nın gümüş medalçısı finalda norveçli Hadi Srourla döyüşüb və rinqdən qələbə ilə ayrılıb.

Komandamızın aktivinə digər medalı isə Alfonso Dominqes (81 kq) yazdırıb. O, 1/2 finalda kubalı Olimpiya çempionu, dünya çempionatının dördqat qalibi Xulio Sesar La Krusa məğlub olduğundan bürünc medalla kifayətlənməli olub. 

Əsas mövzular