Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

"Qalib gələnə qədər rəqibə kin saxlamaq idmançının üstünlüyüdür"

© AFP 2023 / PATRICK BAZAzərbaycanı 80 kq dərəcəsində təmsil edən Milad Beigi Hərçəqani
Azərbaycanı 80 kq dərəcəsində təmsil edən Milad Beigi Hərçəqani - Sputnik Azərbaycan
Abunə olmaq
Dünya çempionu: "Hazırda bir rusiyalı rəqibim var, hələ ki ona qalib gələ bilməmişəm"

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 25 may — Sputnik. Bir neçə gün öncə Böyük Britaniyanın Mançestr şəhərində taekvando idman növü üzrə dünya çempionatı keçirilib. Azərbaycanı 80 kq dərəcəsində təmsil edən Milad Beigi Hərçəqani rəqiblərinə qalib gələrək qızıl medalın sahibi olub və beləliklə ikiqat dünya çempionu adına yiyələnib.

Sevda Vəliyeva - Sputnik Azərbaycan
İDMAN
Çempion: “Qadın idmançının xanım kimi görünməsi də mümkündür”

Dünya çempionu Sputnik Azərbaycan-ın əməkdaşı ilə həmsöhbət olub, həm idman, həm də şəxsi həyatı ilə bağlı sualları cavablandırıb.

- Qələbələr sizi taekvando sevərlərə daha çox tanıdır. Günü-gündən çoxalan uğurlarınız fanatlarınızın artmasına səbəb olur?

- Bəli. Son zamanlar küçədə, məclislərdə məni tanıyanların sayı artır. Yaxınlaşıb təbrik edənlər, qələbə qazandığımız üçün təşəkkür edənlər, şəkil çəkdirmək istəyənlər çox olur. Artıq bunu adi qarşılayıram.

- Ulduz xəstəliyinə tutulmamısız ki?

- Ulduz xəstəliyi hamıda ola bilər. Amma o ulduz xəstəliyinə də nəzarət etməlisən ki, çərçivədən çıxmasın. Mən ulduz xəstəliyini sevmirəm. Çalışıram, sadə olum. Ümumiyyətlə, özündən razı insanları sevmirəm. Bu hallar mənə görə deyil. Sadəlik gözəllikdir. Mən səmimi insanam.

- Səmimiyyət də insana bəzən zərər verir axı...

- Elədir. Az başım çəkməyib. Amma mən bütün başıma gələnlərə təcrübə kimi baxıram. Düşünürəm ki, bundan nəticə çıxaracam və gələcəkdə həmin halları təkrarlamayacam.

- Etiraf edək ki, idmançıların əksəriyyəti döyüş zamanı aqressiyalarını çıxarmaq üçün söyüş söyürlər. Milad Hərçəqani də söyüş söyür?

- Düşünürəm ki, söyüş söymək yaxşı hal deyil. Əksinə, yarışlarda həmişə gülürəm. Bir sözlə, mən elə tərbiyə görməmişəm. Məğlub olsam belə, rəqibə aqressiv yanaşmıram, gülümsəyərək əlini sıxıram. 68 kilo çəki dərəcəsində Li Day Hun adlı koreyalı taekvandoçu var. O, reytinqdə birincidir. Amma o qədər tərbiyəli, mədənidir ki, döyüşü kimi davranışları da nümunəvidir. Düşünürəm ki, idmançı nümunəvi olmalıdır.

- İdmançı qələbə qazandıqca onun qız fanatları da artır. Sizə qız fanatlarınızdan eşq etirafı olur?

- Bəli. Son zamanlar daha çox insan mənə yazır. Amma mən bunu da xoşlamıram. Bilirəm ki, axırı yoxdur, ona görə də tanış olmuram. Ancaq dost ola bilərəm, sevgili olmaram. Həm Azərbaycanda, həm də xarici dövlətlərdə yaşayan qız da, oğlan dostlarım da var.

- Ailə qurmaq fikriniz varmı?

Karate üzrə qadınlardan ibarət Azərbaycan milli komandasının lideri İrina Zaretska - Sputnik Azərbaycan
İDMAN
Daha bir idmançımız vətənə medalla dönüb

- Tokio-2020 Olimpiadasına kimi ailə qurmaq istəyərəm.

- Milad Hərçəqaninin həyat yoldaşı hicab geyinməlidirmi?

- Elə insanlar var ki, "nə olur olsun, hicablı olsun" deyirlər. Mən isə əsas insan olmasını istəyirəm. İnsan olandan sonra hicab taxılma məsələsini müzakirə edə bilərik. Amma ailə quracağım qızın idmançı olmasını istəmərəm.

- Bu günə kimi sevdiyin xanım olub?

- 10 yaşından taekvando ilə peşəkar məşğul oluram. Ona görə də sevgiyə vaxtım olmayıb. Bu günə kimi ilk və əsas sevgim taekvando olub.

- Miladın hobbisi nədir?

- Basketbolu həddindən çox sevirəm. Hətta yarışlarını izləyirəm. Bir də qaçmağı çox sevirəm. Bir də əvvəllər avtomobilləri sevirdim. Amma son illər artıq onlara marağım sönüb.

- Ancaq marka geyimlər geyinirsiz?

- Markaya yox, keyfiyyətə üstünlük verirəm. Tünd göy, sarı, bənövşəyi rəngləri sevirəm.

- Kinli insansız?

- Həyatda kinli deyiləm. Amma idmançı kimi kinli olmaq yaxşıdır. Bir rəqibə qalib gələnə qədər qarşıya məqsəd qoyub, ona kin saxlamaq idmançının üstünlüyüdür. Mən də bir idmançıya kin saxlasam, ona qalib gəlməyənə kimi idmanı atmaram. Hazırda bir rusiyalı rəqibim var. Gəncdir, güclüdür. Ona bir-iki dəfə məğlub olmuşam. Hələ ki ona qalib gələ bilməmişəm. Mançestrda keçirilən dünya çempionatında onunla qarşılaşıb, qalib gəlməyi düşünürdüm. Amma o, başqa idmançıya məğlub olduğu üçün qarşılaşa bilmədik. Digər yarışlarda mütləq ona qalib gəlməliyəm.

Xəbər lenti
0