08:18 05 Aprel 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İDMAN
Qısa URL
219 0 0

Mayın 24-də Bakıda start götürəcək Aerobika gimnastikası üzrə Avropa çempionatında erməni əsilli Canazyan bacı və qardaşı iştirak edəcək

Teymur Tuşiyev, Spuitnik Azərbaycan

BAKI, 23 may — Sputnik. Erməni idmançılar Bakıya gəliblər və onlar mayın 24-də Azərbaycanın paytaxtında start götürəcək Aerobika gimnastikası üzrə Avropa çempionatında iştirak edəcəklər. 

Sputnik Azərbaycan-ın məlumatına görə, erməni əsilli bacı-qardaş Qarsevan və Duxik Canazyan Rusiyanın aerobika üzrə yığmasının heyətində Bakıya gəliblər və onlar burada keçirilən qitə birinciliyində iştirak edəcəklər.

Londonun "Arsenal" klubunun erməni yarımmüdafiəçisi Henrix Mxitaryanın Avropa Liqasının Bakıda keçiriləcək final matçına gəlməməsi ətrafında yaranan hay-küyün fonunda erməni gimnastların bura gəlişi nəzərə çarpmayıb.

London klubunun oyunçusundan fərqli olaraq Canazyan bacı-qardaşları Bakıya gələrək idman yarışında iştirak etməkdən qorxmayıblar. Onlar artıq iki gündür Bakıdadırlar və qitə birinciliyinin keçiriləcəyi Milli Gimnastika Arenasında Rusiya yığma komandasının heyətində məşq edirlər.

Qeyd edək ki, Rusiya nümayəndə heyəti Bakıda keçiriləcək Avropa çempionatında ən çoxsaylı heyətdir. Onun heyətində 39 idmançı var. Ümumilikdə, aerobika gimnastikası üzrə qitə birinciliyində 22 Avropa ölkəsindən 400 idmançı iştirak edəcək.

Əsas mövzular