Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Bakıda keçiriləcək finalın biletləri geri qaytarılır - SƏBƏB

Abunə olmaq
"Arsenal" və "Çelsi" klubları, eləcə də Avropa Futbol Assosiasiyası İttifaqının (UEFA) sponsorları Bakıda keçiriləcək Avropa Liqasının final matçına onlar üçün ayrılmış biletlərin əksəriyyətini geri qaytarmaq niyyətindədir

Teymur Tuşiyev, Sputnik Azərbaycan

BAKI, 23 may — Sputnik. Londonun "Arsenal" və "Çelsi" klubları, eləcə də Avropa Futbol Assosiasiyası İttifaqının (UEFA) sponsorları Bakıda keçiriləcək Avropa Liqasının final matçına onlar üçün ayrılmış biletlərin əksəriyyətini geri qaytarmaq niyyətindədir. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Britaniyanın "Times" qəzeti məlumat yayıb.

Bakı Olimpiya Stadionu, arxiv şəkli - Sputnik Azərbaycan
İDMAN
Qalmaqallı Mxitaryan məsələsində daha bir iştirakçı tərəf sözünü dedi

Qeyd olunur ki, UEFA-nın bir sıra sponsorları İngilis futbol klublarının nümunəsini təqlid etmək və Avropanın futbol ittifaqı tərəfindən ayrılan on iki min biletin əksər hissəsini geri qaytarmaq niyyətindədir. Onlar öz hərəkətlərini qiymətlərin yüksək olması və Azərbaycanın paytaxtına səfərlə bağlı nəqliyyat problemləri ilə əlaqələndiriblər.

Bakıda keçiriləcək final matçının iştirakçıları "Arsenal" və "Çelsi", ümumilikdə 6 mindən artıq bileti qaytarmaq niyyətindədir. Bu isə onlara verilən biletlərin ümumi sayının yarısından çoxdur. Hazırda "kanonirlər" 3,5 və "aristokratlar" isə 2 min bilet əldə ediblər.

"Bütün bunlar klublar finala çıxandan sonra onlara biletlərin cəmi 10%-nin ayrılmasına etiraz etmələri fonunda baş verir" - deyə qəzet yazıb.

UEFA və klubların sponsorlarının geri qaytardıqları biletlər satışa çıxarılacaq və onları yerli fanatlar əldə edə biləcəklər. Qeyd edək ki, hazırda Azərbaycanda biletlərin cəmi 23 mini satılıb. Yarışın keçiriləcəyi Bakı Olimpiya Stadionu 67 min izləyici tutur.

Xatırladaq ki, futbol üzrə Avropa Liqasının final matçı mayın 29-da Bakı Olimpiya Stadionunda Londonun "Arsenal" və "Çelsi" klubları arasında keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.

Xəbər lenti
0