Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Almaniyalı azarkeşlərdən azərbaycanlı uşaqlara sürpriz

© REUTERS / KAI PFAFFENBACHFrankfurtun "Ayntraxt" klubunun azarkeşləri
Frankfurtun Ayntraxt klubunun azarkeşləri - Sputnik Azərbaycan
Abunə olmaq
"Bakıda elə uşaqlar var ki, Avropa Liqasının finalı onlar üçün əlçatmaz hadisədir"

Teymur Tuşiyev, Sputnik Azərbaycan

BAKI, 22 may — Sputnik. Frankfurtun "Ayntraxt" alman klubunun azarkeşləri Azərbaycandan olan yetim uşaqlar üçün futbol üzrə Avropa Liqasının final matçına bilet hədiyyə alıblar. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə "Eurosport" xəbər verib. 

Армянский полузащитник Арсенала Генрих Мхитарян во время четвертьфинального футбольного матча Кубка Лиги между Арсеналом и Тоттенхэмом Хотспур на стадионе Эмирейтс в Лондоне - Sputnik Azərbaycan
İDMAN
Londondakı səfirimizdən Mxitaryana çağırış: “Futbol oynamaq istəyirsənsə, Bakıya gəl”

Frankfurt klubunun fanatları Bakıda keçiriləcək həlledici matça biletləri hələ "Ayntraxt" Londonun "Çelsi" klubu ilə yarımfinal mərhələsində oynayarkən alıblar. Lakin onların sevimli komandası penaltilər seriyasında "aristokratlar"a uduzaraq Avropa Liqasının final mərhələsinə çıxa bilməyiblər.

Bundan sonra "Ayntraxt"ın fanatları final matçına aldıqları biletləri Azərbaycandakı "SOS Uşaq Kəndi"ndə yaşayan ehtiyacı olan yetim uşaqlara bağışlamaq qərarına gəliblər.

"Bizdə yüzədək bilet var və onları göndərməyə başlamışıq. Bakıda elə uşaqlar var ki, Avropa Liqasının finalı onlar üçün əlçatmaz hadisədir. Bununla əlaqədar olaraq, biz onlara belə bir hədiyyə göndərmək qərarına gəldik" - deyə "Ayntraxt" fan-forumunun "Bakıdakı uşaqlara bilet bağışlama" aksiyasının təşəbbüskarı bildirib.

Xatırladaq ki, futbol üzrə Avropa Liqasının final matçı mayın 29-da Bakı Olimpiya Stadionunda Londonun "Arsenal" və "Çelsi" klubları arasında keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.

Xəbər lenti
0