11:58 18 İyun 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.9097
Taekvondo yarışları, arxiv şəkli

Azərbaycanlı döyüşçü dünya çempionu oldu

© Photo: AZƏRTAC
İDMAN
Qısa URL
92 0 0

On idmançı ilə qatılan millimiz yarışı bir qızıl və bir bürünc medalla başa vurub

BAKI, 20 may — Sputnik. Mançester şəhərində taekvando üzrə təşkil edilən dünya çempionatına yekun vurulub. Yarışın son günü millimizin titullu idmançılarından olan Milad Beigi Hərçəqani 80 kq çəki dərəcəsində ikincə dəfə dünya çempionu olub. 

Sputnik Azərbaycan xəbər verir ki, təmsilçimiz bir gün öncə mərhələ döyüşlərində Kuba, Fransa, Moldova və Koreyadan olan idmançılara şans verməyərək finala vəsiqəni təmin edib. Həlledici mərhələdə yunanıstanlı Apostolos Telikostoglounu da 22:12 hesabı ilə məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb, himnimizi sələndirib.

Qeyd edək ki, Milad ilk dünya çempionluğunu 2017-ci ildə Koreya Respublikasının Muju şəhərində qazanıb. O, həmçinin 2015-ci il Avropa Oyunlarının qalibi, Dünya kubokunun ikiqat sahibidir (Meksika 2015).

Xatırladaq ki, 10 idmançı ilə qatılan millimiz yarışı bir qızıl və bir bürünc medalla başa vurub. Belə ki, bir gün öncə qadın taekvondoçumuz Fəridə Əzizova 67 kq çəki dərəcəsində yarışın bürünc medalını qazanmışdı.

Qazanılan uğurlarda böyük əmək sərf edən baş məşqçilər Reza Mehmandoust və Elnur Amanovu, ATF-nın rəhbər heyətini, eləcə də bütün taekvondo ailəsini təbrik edirik!

Əsas mövzular