13:22 25 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İDMAN
Qısa URL
135 0 0

Müəllim məşq zamanı ağciyərindən zədələnib, təcili əməliyyat olunub

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 18 may — Sputnik. Gəncə şəhər 1 nömrəli Uşaq Gənclər İdman Şahmat məktəbində məşq zalında bədbəxt hadisə baş verib. Məktəbdə məşq keçən taekvando müəllimi Beyrək Bağırov məşq zamanı ağır yaralanıb.

Taekvando müəllimi Beyrək Bağırov xəstəxanada
© Beyrək Bağırovun şəxsi arxivindən
Taekvando müəllimi Beyrək Bağırov xəstəxanada

Bu barədə Sputnik Azərbaycan-a məşqçi özü açıqlama verib: "Ağır çəkili idmançıma pəncə (lapa) tutmuşdum. O, pəncəyə zərbə vuran zaman ayağı sürüşdü və zərbəsi mənə dəydi".

"Zərbə dəyəcəyini gözləmirdim. Ona görə özümü müdafiə etmədiyim üçün zərbə qabırğama dəydi. Bu zaman ağciyərimin aşağı hissəsi zədələndi. Zədə daxili qanaxma verdi və təcili əməliyyat olundum" - Bağırov bildirib.

İdmançı vurğulayıb ki, hazırda özünü yaxşı hiss edir: "İdmandır. Məşqdə də, yarışda da hər şey ola bilər. Qismət beləymiş. Tezliklə sağalıb məşqə geri dönməyə çalışacam".

Əlaqədar

Daha bir idmançımıza "yaşıl işıq" yandırılıb
İdman şərhçisi XV Avropa Gənclər Yay Olimpiya Festivalından danışır
Olimpiya çempionumuz yenidən idmana qayıdıb
Əfsanəvi idmançı Azərbaycan dilində danışdı - VİDEO
Teqlər:
məşqçi, məşq, idman

Əsas mövzular