Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Bakıda keçiriləcək beynəlxalq idman yarışı üçün 146 000 bilet satışa çıxarılacaq

© Sputnik / Timur TushiyevAvropa Gənclər Yay Olimpiya Festivalında idmançılara veriləcək medallar, arxiv şəkli
Avropa Gənclər Yay Olimpiya Festivalında idmançılara veriləcək medallar, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Açılış mərasiminə bir biletin qiyməti 10-15 AZN arasında, bağlanış mərasiminə isə 5-10 AZN arasında olacaq

BAKI, 17 may — Sputnik. Avropa Gənclər Yay Olimpiya Festivalının Əməliyyat Komitəsi və bilet satış şirkəti "iTicket" əməkdaşlıq haqqında razılıq imzalayıb. Razılığa əsasən, www.iTicket.az "Bakı 2019" 15-ci Avropa Gənclər Yay Olimpiya Festivalının rəsmi bilet satış təminatçısı və dəstəkçisi olub. 

Los Ancelesdə mobil telefonla zəlzələnin öncədən xəbərdarlığı izlənilir - Sputnik Azərbaycan
HADİSƏ
Bakıda yarış zamanı qəribə hadisə olub - VİDEO

Sputnik Azərbaycan Gənclər və İdman Nazirliyinə istinadən xəbər verir ki, Gənclər və İdman naziri Azad Rəhimov "iTicket" şirkəti ilə razılığın əldə olunmasından məmnun olduğunu qeyd edərək deyib: "Biz açılış və bağlanış mərasimləri üçün ən münasib qiymətləri təyin etmişik. Həmçinin bütün idman yarışlarına pulsuz biletlərin olmasını planlaşdırırıq. Ümid edirik ki, atılan addımlar yerli və xarici idman azarkeşlərində festivala qarşı daha çox maraq oyadacaq və onların bu möhtəşəm idman oyunlarını izləmələri üçün şərait yaradacaq".

Qeyd edək ki, açılış mərasiminə bir biletin qiyməti 10-15 AZN arasında, bağlanış mərasiminə isə 5-10 AZN arasında olacaq. Hər iki mərasim Bakı Kristal Zalda keçiriləcək.

Tədbir üçün satışa 146 000 bilet çıxarılacaq. Biletlərin, təxminən yarısı 10 iyun 2019-cu il tarixindən EYOF "Bakı 2019"-un rəsmi veb saytındaiTicket.az rəsmi saytında satışda olacaq.

Bundan əlavə, bütün idmansevərlər biletləri "Park Bulvar", "Gənclik", "28 May" ticarət mərkəzlərindən və paytaxtın müxtəlif ərazilərində yerləşən 12 bilet satışı məntəqəsindən əldə edə biləcəklər.

Xəbər lenti
0