00:24 27 May 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0262
  • EUR1.9008
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası

Futbol klublarımıza cəza kəsildi

© Sputnik / Murad Orujov
İDMAN
Qısa URL
46 0 0

Bununla bağlı qərarlar bu gün keçirilən iclasda qəbul olunub

BAKI, 14 may — Sputnik. AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib. Sputnik Azərbaycan AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının sonuncu – XXVIII turunda baş verən qayda pozuntuları ilə bağlı qərarlar açıqlanıb. 

11 may 2019-cu il, 2018/2019 mövsümündə, XXVII Topaz Premyer Liqasının XXVIII turunun "Sumqayıt" – "Qəbələ" matçında "Qəbələ" klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

11 may 2019-cu il, 2018/2019 mövsümündə, XXVII Topaz Premyer Liqasının XXVIII turunun "Neftçi" – "Qarabağ" matçında "Qarabağ" klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.

11 may 2019-cu il, 2018/2019 mövsümündə, XXVII Topaz Premyer Liqasının XXVIII turunun "Səbail" – "Keşlə" matçında "Səbail" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

Oyunun 51-ci dəqiqəsində "Keşlə" klubunun 93 №-li futbolçusu Edvinas Girdvainis ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

10 may 2019-cu il, 2018/2019 mövsümündə, I divizionun XXVI turunun "Keşlə-2" – "Zaqatala" matçında "Keşlə-2" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub. Oyunun 69-cu dəqiqəsində "Keşlə-2" klubunun 56 №-li futbolçusu Əkbər Vəliyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 160 manat cərimə olunub.

Əlaqədar

Azərbaycanlı futbol azarkeşləri qarşısında sərt tələb
Nazirlik erməni əsilli futbolçu ilə bağlı iddialara aydınlıq gətirdi
Futbol oynayan Tereza Meyi sosial şəbəkədə ələ salıblar
Teqlər:
futbolçu, matç, cərimə, klub, AFFA

Əsas mövzular