07:53 23 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0267
  • EUR1.8961
Toğrul Əsgərov ukraynalı idmançıya qarşı

Olimpiya çempionumuz yenidən idmana qayıdıb

© Sputnik /
İDMAN
Qısa URL
61 0 0

O, Qazaxıstanda keçiriləcək dünya çempionatında iştirak edəcək

BAKI, 14 may — Sputnik. Azərbaycanlı güləşçi Toğrul Əsgərov yenidən məşqlərini bərpa edib. Uzun müddətdir zədədən əziyyət çəkən güləşçi tezliklə mübarizələrə qoşulacaq.

Bu barədə Sputnik Azərbaycan-a Güləş Federasiyasının mətbuat xidmətinin rəhbəri Sərxan Musalı açıqlama verib. Onun sözlərinə görə, Olimpiya çempionu yenidən döşəyə çıxaraq formasını özünə qaytarır: "Sentyabrda Qazaxıstanda keçiriləcək dünya çempionatında iştirak edəcək".

Xatırladaq ki, Rio Olimpiadasından qayıdandan sonra T.Əsgərovun boyun nahiyəsində – onurğa sütunu fəqərəsində ciddi zədə yaranıb. O, bu zədə ilə məşqlərə davam edə bilməyib və uzun zaman həkim nəzarəti altında olub.

Əlaqədar

İdmançımız bu dəfə qızıl gətirə bilmədi
Daha bir idmançımıza "yaşıl işıq" yandırılıb
İdman şərhçisi XV Avropa Gənclər Yay Olimpiya Festivalından danışır
Teqlər:
çempion, idman, Toğrul Əsgərov, güləşçi

Əsas mövzular